Hikmət Hacıyev: “Ermənistan dünya ictimaiyyətini çaşdırmaq əvəzinə, beynəlxalq öhdəliklərini yerinə yetirməlidir”
Tarix: 23.02.2018 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Ermənistan separatçı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsinə baxmayaraq,hakimiyyət nümayəndələri öz iddialarından əl çəkmir, yalan faktlar təqdim etməklə beynəlxalq ictimaiyyəti də aldatmağa çalışırlar.

Ermənistan başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək

“Ermənistanın xarici işlər naziri EdvardNalbandyan Avropa Parlamentində çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar faktları, beynəlxalq hüququn norma və prinsiplərini təhrif etmək və cəfəng iddialar irəli sürməklə məşğuldur. Biz yenə də Ermənistan xarici işlər nazirini beynəlxalq hüquq və Helsinki Yekun Aktı barədə maarifləndirmək məcburiyyətindəyik”.Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət HacıyevEdvardNalbandyanın Avropa Parlamenti xarici əlaqələr komitəsində 21 fevral tarixli çıxışını şərh edərək bildirib.
Hikmət Hacıyev deyib ki, dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət müasir beynəlxalq münasibətlərin təməlini təşkil edir. Bunun əksi beynəlxalq münasibətlərdə xaos və keçən əsrin 30-cu və 40-cı illərinə qayıtmaq deməkdir. Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın aqressiv erməni separatizmi meyilləri əsasında birtərəfli qaydada Azərbaycandan ayrılması cəhdlərinin SSRİ qanunlarına zidd olması ali Konstitusiya səviyyəsində təsdiqlənib. Azərbaycan müstəqillik əldə edəndə həmin dövrdə tətbiq olunan qanunvericiliyə əsasən Dağlıq Qarabağ aydın şəkildə Azərbaycan ərazilərinin tərkib hissəsi hesab olunurdu. “Utipossidetis” prinsipi aydın şəkildə müəyyən edir ki, Azərbaycan müstəqilliyini əldə etməmişdən əvvəl sovet qanunları ilə müəyyən edilmiş sərhədləri daxilində müstəqilliyini elan edib. Həmçinin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zorakılıq, terror və Dağlıq Qarabağın köklü Azərbaycan icmasının etnik təmizlənməsi ilə müşayiət olunub, SSRİ-nin süqutundan sonra Ermənistanın Azərbaycana qarşı açıq müharibəsi ilə davam edib və Azərbaycan ərazilərinin 20 faizi işğal olunub. İşğal olunmuş ərazilərdə və Ermənistan ərazisində köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törədilib. Azərbaycan əleyhinə hərbi təcavüzün birbaşa məsuliyyətini gizlətmək üçün Ermənistan xalqların öz müqəddəratını təyin etmək kimi hüququ prinsipindən sui-istifadə edir və onu təhrif edir.
Əslində, bunun Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının (sonra ATƏT) Yekun Aktı (Helsinki Yekun Aktı) və digər beynəlxalq sənədlərlə nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya gücdən istifadəni qadağan edən məcburi normalar (juscogens) daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud pozulması ilə müşayiət olunan hallara münasibətdə öz müqəddəratını təyinetmə prinsipinin tətbiq olunması iddialarının əsası yoxdur.
XİN-in mətbuat xidmətinin rəhbəri qeyd edib ki, MDB-nin yaranmasına dair 21 dekabr 1991-ci il tarixli Alma-Ata bəyanatına əsasən Ermənistan Azərbaycan və digər keçmiş SSRİ respublikalarının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını tanımağa və hörmət etməyə dair öhdəlik qəbul edib. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı müvafiq qətnamələrində də təsdiqlənib və bundan sonra bu mövqe müxtəlif beynəlxalq səviyyələrdə dəfələrlə bəyan edilib. Qeyd etmək vacibdir ki, Dağlıq Qarabağ ermənilərinin birtərəfli olaraq “müstəqillik” elan etməsindən sonra BMT Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu tanıyan və Azərbaycanın beynəlxalq sərhədlərinin toxunulmazlığını təsbit edən və ərazi əldə etmək üçün gücdən istifadənin yolverilməz olduğunu vurğulayan Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilib. Həmçinin Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb olunub. Ermənistan xarici işlər naziri ölkəsinin Azərbaycana qarşı ərazi iddiaları və hərbi gücdən istifadəsinə bəraət qazandırmaq üçün beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı institutlarının sənədlərini təhrif etməkdən çəkinmir. SSRİ-nin dağılması ilə əlaqədar 10 dekabr 1991-ci il tarixli bəyanatında Avropa İttifaqı Helsinki Yekun Aktına hörmət edilməsinin vacibliyini vurğulayaraq qeyd edib: “Bu müddəalara əsasən Avropadakı bütün dövlətlərin sərhədləri toxunulmazdır və yalnız sülh yolu və ya razılıq əsasında dəyişdirilə bilər”. Bundan sonra Avropa İttifaqı Şurası Şərqi Avropa və keçmiş SSRİ dövlətlərinin tanınmasına dair rəhbər sənədində dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipini bir daha təsbit edib.
Ermənistan xarici işlər nazirinin istinad etdiyi BMT Nizamnaməsi və Helsinki Yekun Aktında gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır və güc yolu ilə ərazi əldə edilməsini qadağan edir. Bu məqsədlə Helsinki Yekun Aktı BMT Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi kodifikasiya edib. Nəticə etibarilə bunlar Helsinki Yekun Aktında ərazi bütövlüyü fundamental normasından irəli gələn ardıcıl prinsiplər kimi müəyyən olunub. Helsinki Yekun Aktının 8-ci bəndində isə öz müqəddəratını təyinetmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsi təsbit edilib.
Hikmət Hacıyev deyib ki, Ermənistan xarici işlər naziri çıxışında intensiv danışıqlara və gərginliyin azaldılması məsələlərinə də toxunur. Gərginliyin əsas səbəbi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur. Gərginliyin və hərbi risk amilinin aradan qaldırılması üçün Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması lazımdır.
Ermənistan, nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil və heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcək. Münaqişənin həlli yalnız və yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.
Öz xalqını və beynəlxalq ictimaiyyəti çaşdırmaq əvəzinə Ermənistan Azərbaycan ərazilərinin işğalı, etnik təmizləmə siyasətini dayandırmalı və münaqişənin həlli prosesində beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda davamlı sülh və təhlükəsizlik bərqərar olar.

Türkiyə Prezidentinin köməkçisi: “Kor və kar dünya Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı görməlidir”
Yeri gəlmişkən, Xocalı faciəsinin ildönümü ilə müxtəlif ölkələrdə tədbirlər davam edir. “Xocalı insanlığın öldüyü yerdir”. Bunu dünən Ankaranın Qızılcahamam bələdiyyəsində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Türkiyə Prezidentinin köməkçisi Yalçın Topçu deyib.Y.Topçu qeyd edib ki, Xocalı soyqırımı əsla unudulmamalıdır: "Kor və kar dünya Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı görməlidir. Bu soyqırımı bütün dünyaya çatdırılmalıdır”.Prezidentin köməkçisi bildirib ki, işğal altında olan bütün Azərbaycan torpaqları gec-tez azad olunaraq öz əzəli və əbədi sahiblərinə qaytarılacaq.Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1.275 dinc sakin əsir götürülüb, onlardan 150-sinin taleyi indi də məlum deyil.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info