Suriyada yeni “atəşkəs oyunu”
Tarix: 23.02.2018 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Türkiyə Silahlı Qüvvələrinə Afrin bölgəsi istiqamətində hərəkət edən bütün qüvvələri məhv etmək barədə əmr verilib
ABŞ BMT-nin Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəsə dair qətnaməni dəstəkləyəcək. TASS agentliyinin xəbərinə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib. Təhlükəsizlik Şurası atəşkəsə dair qətnaməni qəbul etməlidir. ABŞ Şuranın digər üzvləri kimi sənədi dəstəkləməlidir”, deyə N.Heyli bildirib. Hazırda BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqini nəzərdə tutan, Küveyt və İsveçin hazırladığı qətnamə layihəsini nəzərdən keçirir. İsveçin BMT-dəki daimi nümayəndəsi Ulof Skuqun sözlərinə görə, sənədə yaxın günlərdə baxılacaq. Qeyd edək ki, Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Şərqi Quta ətrafında münaqişənin sülh yolu ilə həll edilməsi üzrə danışıqlar prosesi pozulub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir. “Şərqi Qutada kritik humanitar və sosial-iqtisadi vəziyyət yaranıb. Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin qeyri-qanuni hərbi birliklərə müqavimətin dayandırılması və silahları yerə qoymaq çağırışı nəticəsiz qalıb. Beləliklə, Şərqi Quta ətrafında münaqişənin sülh yolu ilə həll edilməsi üzrə danışıqlar prosesi pozulub”- deyə, məlumatda deyilir. Rusiya Şərqi Qutada vəziyyətə dair BMTTəhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını təklif edib. Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib: “Biz Şərqi Qutadakı vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının açıq iclasının çağırılmasını təklif edirik. Düşünürük ki, BMT TŞ üzvləri vəziyyəti qiymətləndirməli və çıxış yollarını təklif etməlidirlər”. Türkiyənin Suriuanın Afrin bölgəsindəki əməliyyatları davam edir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən verdiyi açıqlamada deyib ki, Ankara Afrin bölgəsində terrorçu qüvvələrin, eləcə də “Suriya xalq qüvvələri”nin toplaşmasına imkan verməyəcək. “Sabah” qəzeti bildirir ki, nazir özünü “Suriya xalq qüvvələri” adlandıran qruplaşmanın Afrinə daxil olmağa çalışdığənə bildirib: “Türkiyə Silahlı Qüvvələri onlara ciddi müqavimət göstərib”. Çavuşoğlunun sözlərinə görə, Türkiyə üçün prioritet Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasıdır. Xatırladaq ki, bundan əvvəl yayılan məlumatda bildirilirdi ki, Türkiyə Silahlı Qüvvələri Afrin bölgəsi istiqamətində hərəkət edən bütün qüvvələri məhv etmək barədə əmr alıb. Türkiyə SQ-nin Baş Qərargahı bu qərarı “Suriya Xalq Qüvvələri” qruplaşmasının Afrinə girmək cəhdinin qarşısının alınmasından sonra qəbul edib. Yeri gəlmişkən, Türkiyənin jandarm qüvvələri və xüsusi təyinatlı polisi Afrində terrorçulardan təmizlənmiş ərazilərə daxil olub.
Anar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info