Nizami Kino Mərkəzində “İran kinosu günləri”nin açılış mərasimi keçiriləcək
Tarix: 23.02.2018 | Saat: 03:34:00 | E-mail | Çapa göndər


Fevralın 23-də Nizami Kino Mərkəzində “İran kinosu günləri”nin açılış mərasimi keçiriləcək. Mərasim İranın Azərbaycandakı səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə reallaşacaq.
Nizami Kino Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə, bu ölkənin Mədəniyyət və İslami Əlaqələr Mərkəzinin sədri Abuzər İbrahimi Türkman və İran kinematoqrafiyasının tanınmış nümayəndələri iştirak edəcəklər.
Mərasimdə rəsmi hissədən sonra “Badiqard” bədii filmi nümayiş olunacaq.
Xatırladaq ki, “İran kinosu günləri” ərzində - fevralın 24-də saat 16:00-da və 20:00-da “Xəyalın şirin tamı”, fevralın 25-də həmin saatlarda “Divanə top”, fevralın 27-də saat 18:00-da “Ayaqqabım hanı?” bədii filmləri nümayiş etdiriləcək.
Nümayişlərə giriş sərbəstdir.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Boluda Koroğlu abidəsinin ucaldılması mənim üçün tarixi şansdır
22.03.2019
Novruz bayramı San-Dieqo şəhərində də qeyd edilib
21.03.2019
Ankaradakı “Buta Bakı” Evində Novruz şənliyi keçirilib
21.03.2019
Bu gün Dünya Poeziya Günü kimi qeyd edilir
19.03.2019
Moskvada Osman Eyyublunun konserti olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info