UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin iştirakçıları müəyyənləşib
Tarix: 23.02.2018 | Saat: 06:36:00 | E-mail | Çapa göndər


Fevralın 22-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin növbəti görüşləri keçirilib.
Beləliklə mərhələnin cavab oyunları çərçivəsində 15 görüş oynanılıb. Günün maraqlı qarşılaşmalarından biri Londonda keçirilib. İsveçin “Ostersund” klubu səfərdə “Arsenal”ı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Məğlubiyyətə baxmayaraq, Arsen Vengerin komandası səkkizdəbir finala yüksəlib. Bolqarıstanın “Ludoqorets” komandası isə İtaliyada “Milan” ilə üz-üzə gəlib. Öz meydanında rəqibinə 0:3 hesabı ilə məğlub olan bolqarlar səfərdə də rəqibləri ilə bacarmayıblar – 0:1. Bununla da “Milan” klubu növbəti mərhələyə vəsiqə qazanıb. İtaliyanın “Atalanta” komandası isə doğma meydanda “Borussiya” ilə bacarmayıb – 1:1. “Vilyarreal” (İspaniya) klubu isə Fransanın “Lion” komandasına məğlub olub – 0:1.

Gün ərzində keçirilən digər qarşılaşmalar isə aşağıdakı kimi yekunlaşıb:

“Sportinq” (Portuqaliya) – “Astana” (Qazaxıstan) – 3:3, ilk oyunun nəticəsi – 3:1

“Braqa” (Portuqaliya) – “Marsel” (Fransa) –1:0, 0:3

“Lokomotiv” (Rusiya) – “Nitsa” (Fransa) –1:0, 3:2

“Zalsburq” (Avstriya) – “Real Sosyedad” (İspaniya) –2:1, 2:2

“Atletik” (İspaniya) – “Spartak” (Moskva, Rusiya) –1:2, 3:1

“Dinamo” (Ukrayna) – AEK (Yunanıstan) – 0:0, 1:1

“Zenit” (Rusiya) – “Seltik” (Şotlandiya) – 3:0, 0:1

“Atletiko” (İspaniya) – “Kopenhagen” (Danimarka) – 1:0, 4:1

“Latsio” (İtaliya) – “Styaua” (Rumıniya) – 5:1, 0:1

“Leypziq” (Almaniya) – “Napoli” (İtaliya) –0:2, 3:1

“Viktoriya” (Çexiya) – “Partizan" (Serbiya) – 2:0, 1:1

Beləliklə, “Arsenal”, “Milan”, “Marsel”, “Borussiya”, “Lion”, MOİK, “Lokomotiv”, “Zaltsburq”, “Atletik”, “Atletiko”, “Dinamo”, “Zenit”, “Latsio”, “Sportinq”, “Leypziq” və “Viktoriya” klubları səkkizdəbir finala yüksəlib.




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Avro-2020 seçmə mərhələsində növbəti oyunlar keçirilib
25.03.2019
“Real“ Mbappeyə görə 280 milyon avro verməyə hazırdır
25.03.2019
Azərbaycan-Litva oyununda qalib müəyyənləşməyib
25.03.2019
“Sumqayıt” futbol akademiyası seçim mərhələsinin ikinci turuna başlayıb
25.03.2019
Xorvatiya bu dəfə məğlub oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info