Həmyerlimiz Malayziyanın ali mükafatına layiq görülüb
Tarix: 23.02.2018 | Saat: 09:08:00 | E-mail | Çapa göndər



Azərbaycanın Malayziyadakı səfirliyində Azərbaycan Turizm Assosiasiyasının Asiya üzrə nümayəndəsi, turizm eksperti Nərgiz Səfərovanın Malayziyada Federal Ərazilər Günü münasibətilə “Datuk” fəxri adını nəzərdə tutan “Panglima Mahkota Wilayah (PMW)” mükafatı alması ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Malayziya Turizm və Mədəniyyət Nazirliyinin, ölkədə akkreditə olunmuş diplomatik korpusun, turizm şirkətlərinin, ölkə ictimaiyyətinin və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də soydaşlarımız iştirak ediblər.
Tədbiri açan səfir Qaley Allahverdiyev həmyerlimiz N.Səfərovanın iki ölkə arasında turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə “Panglima Mahkota Wilayah (PMW)” mükafatına layiq görüldüyünü bildirib. Diqqətə çatdırılıb ki, N.Səfərova bu mükafata layiq görülən xarici ölkə vətəndaşları arasında ilk qadındır. Bu münasibətlə N.Səfərovanı təbrik edən diplomat qeyd edib ki, o, 2017-ci ilin noyabrından etibarən iki il müddətinə Malayziyanın MDB ölkələrində turizm üzrə səfiri təyin olunub.
Bildirilib ki, “Panglima Mahkota Wilayah” mükafatı N.Səfərovaya Malayziyanın XV Ali Başçısı (Kralı) Sultan V Məhəmməd tərəfindən fevralın 1-də təqdim edilib.
Q.Allahverdiyev həmyerlimizin belə yüksək mükafatla təltif edilməsini Azərbaycan və Malayziyanın ikitərəfli əməkdaşlığa verdikləri önəmin təzahürü kimi xarakterizə edib. Cari ildə Azərbaycan ilə Malayziya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu bildirən səfir ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu, bir çox sahələrdə sıx və səmərəli əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycan hökumətinin Malayziya ilə bütün sahələrdə əməkdaşlığı daha da genişləndirmək istədiyini bildirən diplomat mədəniyyət və turizm sahəsində də ikitərəfli əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcudluğunu qeyd edib.
Səfir Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən və modernləşən ölkələrindən biri olduğunu qeyd edərək, respublikamızın irimiqyaslı neft-qaz və nəqliyyat layihələrində iştirakından, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsindən bəhs edib.
Azərbaycanın zəngin tarixi və mədəni irsə, gözəl təbiətə malik olduğu diqqətə çatdırılıb. Ölkəmizin tarixən sivilizasiyalar arasında körpü rolu oynadığı, müxtəlif dinlər və mədəniyyətlər üçün dinc yanaşı yaşama məkanı olduğu vurğulanıb, Azərbaycan xalqının qonaqpərvərliyindən danışılıb.
Sonda diplomat N.Səfərovanın “Panglima Mahkota Wilayah” mükafatı ilə təltif edilməsinin Azərbaycan ilə Malayziya arasında sıx əlaqələrin daha da dərinləşməsi və güclənməsinə töhfə verəcəyinə əminlik ifadə edib.
Tədbirdə çıxış edən N.Səfərova turizm sahəsində Azərbaycan-Malayziya əlaqələrinin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Milli musiqimizin sədaları altında davam edən tədbirdə Azərbaycanın zəngin tarixi və mədəni irsi, inkişafı, gözəl təbiəti və turizm potensialı barədə videomateriallar nümayiş etdirilib. Qonaqlara milli mətbəximizin ləziz təamları təqdim edilib, müvafiq nəşrlər və milli suvenirlər hədiyyə olunub.




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
Həmvətənimiz Almaniyanın tibb üzrə ali elmi dərəcəsinə layiq görülüb
21.06.2018
“Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstanı Avropa ilə birləşdirən ən qısa və münasib yoldur”
21.06.2018
Azərbaycan rəqəmli bazarların uyğunlaşdırılmasına dair plenar iclasda təmsil olunub
21.06.2018
Şamaxıda yol tikintisinə vəsait ayrıldı
21.06.2018
İxracla məşğul olan sahibkarların işi asanlaşacaq

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9439

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info