Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir
Tarix: 23.02.2018 | Saat: 09:40:00 | E-mail | Çapa göndər



Bakı Dövlət Universitetinin Qazax filialında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin Heydər Əliyev auditoriyasında keçirilən mərasimdə müəllim və tələbələr iştirak edib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
BDU-nun Qazax filialının direktoru Vüsət Əfəndiyev Azərbaycanın üzləşdiyi işğal və etnik təmizləmə siyasətindən danışıb, Xocalı soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Filialın müəllimi Zeynəb Mustafayeva “Xocalı: XX əsrin faciəsi” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücum edib və dinc əhaliyə amansızcasına divan tutub. Hücum zamanı şəhərdə olan üç min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi isə hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib.
Daha sonra filialın müəllimlərindən Səfayə Sadıqova “Tarixin qanlı səhifəsi”, Balabəyim Qədimova “Xocalı əsrin faciəsidir”, Gülnar Nəzərova “Xocalı faciəsinə sosial-iqtisadi baxımdan yanaşma”, tələbə Səkinə Əliyeva “Xocalı: soyqırım, tariximizin ən dəhşətli faciəsi” adlı mövzularda çıxış edərək, Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli faciə olduğunu diqqətə çatdırıblar.




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
04.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır
01.03.2018
Belçika telekanalında Xocalı soyqırımına aid sənədli film nümayiş etdirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9436

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Jamanak“: “Paşinyan istefa verəcək”
5 “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info