ABŞ-da Xocalı soyqırımının baiskarları-erməni vəhşilikləri pisləndi
Tarix: 23.02.2018 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərinin Birinci Universalist Unitar Kilsəsində Xocalı soyqırımına həsr olunmuş geniş anma tədbiri keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və San Dieqo-Bakı Dostluq Assosiasiyası tərəfindən təşkil olunan tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filmi nümayiş etdirilib. Film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.
 
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı xəbərə görə, tədbirdə Kaliforniya ştatının ali seçkili orqanlarının nümayəndələri, San Dieqonun xristian, yəhudi, müsəlman və digər dini icmalarının nüfuzlu din xadimləri, KİV təmsilçiləri və digər şəxslər iştirak ediblər.
 
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək sadəcə Azərbaycan xalqının deyil, bütöv bəşəriyyətin yaddaşına qanlı ləkə kimi düşən Xocalı soyqırımının ekran əsəri vasitəsilə daha geniş ictimaiyyətə çatdırdıqlarına görə filmi ərsəyə gətirən bütün kinematoqraflara dərin təşəkkürünü bildirib. Baş konsul gələcəkdə buna bənzər faciələrin baş verməməsi, günahsız insanların öldürülməməsi üçün Azərbaycanın bu istiqamətdə daim ictimai maarifləndirmə işinin aparılmasına böyük önəm verdiyini söyləyib. N. Ağayev deyib ki, belə bəşəri faciələrin qarşısının alınması üçün ən böyük vasitələrdən biri digər etnik kimliklərə və dini etiqadlara dözümlülüyün təşviq edilməsidir. Diplomat Azərbaycanın bu sahədə özünün dərin tarixi irsindən güc alaraq, bu gün yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də səmərəli iş apardığını vurğulayıb.
 
Sonra çıxış edən kilsənin yepiskopu Yan Riddel (Ian Riddel), San Dieqo-Bakı Dostluq Assosiasiyasının içraçı direktoru Martin Kruminq, Emmanuel sinaqoqunun ravvini Benj Frid (Benj Fried), San Dieqo İslam Mərkəzinin direktoru İmam Taha Hassan və San Dieqo şəhərində fəaliyyət göstərən jurnalist, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi Raul Loueri Kontreras (Raoul Lowery Contreras) Xocalı soyqırımına həsr olunmuş bu anma mərasiminin yüksək önəm daşıdığını, günahsız insanların amansızcasına qətlə yetirilməsinin daima qətiyyətlə qınanılmalı olduğunu bildirərək, eyni zamanda bir çox faciələrə sinə gərmiş Azərbaycanın öz yüksək tolerantlıq və multikulturalizm ənənələrini və kimliyini qoruyub saxlayaraq, bu gün bütün dünyaya örnək olduğunu qeyd ediblər.
 
Çıxışlardan sonra sənədli film nümayiş etdirilib.
 
Sonda müsəlman və yəhudi din xadimləri tərəfindən Xocalışəhidlərinin xatirəsinə dualar oxunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb
19.03.2019
Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info