Siyavuş Novruzov: “Azərbaycanda siyasi məhbus yoxdur“
Tarix: 23.02.2018 | Saat: 13:06:00 | E-mail | Çapa göndər


Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bəzi kütləvi informasiya vasitələrindən narazılıq edib. O qeyd edib ki, müəyyən mətbuat orqanları yanlış məlumatlar yayır.
“Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Yeni Azərbaycan Partiyasının siyasəti bundan ibarətdir ki, Azərbaycanda heç bir şəxs siyasi baxışına görə məsuliyyətə cəlb olunmayıb”, - deyə S. Novruzov bildirib.
O qeyd edib ki, YAP iqtidara gəldiyi dövrdən belə bir proses olmayıb, hər bir şəxs törətdiyi cinayətə uyğun məsuliyyətə cəlb olunub: “İstər YAP üzvü olsun, istər digər partiyanın, bu, onu törətdiyi əməldən sığortalamır. Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur”.
Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov da qeyd edib ki, son dövrlər bəzi mətbuat orqanlarında müəyyən məsələlər təhrif olunur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
Manvel Qriqoryanın əməlləri araşdırılmalıdır
16.06.2018
Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında parlamentlərin böyük rolu var
15.06.2018
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü barədə məlumatlandırılıb
15.06.2018
“Ölkənin sərhəd mühafizəsi ən müasir səviyyəyə qaldırılıb”
15.06.2018
Putin Ermənistanın baş nazirini Azərbaycan prezidenti ilə tanış edib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info