Əli Hüseynli: “Cəzaların humanistləşdirilməsi ilə bağlı qanun layihəsinə əsasən 1500-ə yaxın məhkum azad ediləcək”
Tarix: 23.02.2018 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Milli Məclisin bu gün keçirilən iclasında Prezidentin ötən il imzaladığı cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamına əsasən qanunvericilikdə bir sıra cəzaların dekriminallaşdırılmasından sonra qanunvericiliyin icrasına münasibət bildirilib.  
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında bildirib ki, cəzaların humanistləşdirilməsi ilə bağlı qanun layihəsinin mahiyyətinə görə 15 cinayət dekriminallaşdırılırdı, 300-ə yaxın əlavə və dəyişiklik mövcud idi.
 
Komitə sədri qeyd edib ki, bu layihədə 52 cinayətdə zərərçəkmiş şəxslə barışmaq, mülkiyyət əleyhinə və iqtisadi sahədə cinayətlərlə bağlı ziyanın müvafiq olaraq bir neçə misildə ödənilməsi şərti cəzadan azad etmə yer alırdı: “Ötən il dekabr ayının 1-dən qüvvəyə minən bu dəyişiklikləri layihəsinə əsasən indiyə qədər icra ilə bağlı vəziyyət belədir: Bu günə qədər məhkəmələrə qanunun tətbiqi ilə əlaqədar 4 000-dən artıq təqdimat göndərilib. Bu təqdimatlara əsasən 479 məhkum həbsdən azad-azadlıqdan məhrum etmə cəzasından azad edilib. 585 məhkumun azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılıb. 465 məhkum isə, hansı ki, azadlıqdan məhrumetmə cəzasına yox, digər cəzalara məhkum olunub, onlar da azad ediliblər. 59 məhkumun isə cəzaçəkmə rejimi dəyişdirilib, yəni yüngülləşdirilib.
Hazırda məhkəmələrdə qanunun tətbiqi ilə bağlı daha 1700 təqdimat var. Daha 5000 məhkum barəsində də təqdimat nəzərdə tutulur.
Beləliklə, ümumilikdə bu qanunun tətbiqi ilə bağlı proqnoz ondan ibarətdir ki, daha 1500 yaxın məhkum azad ediləcək, minlərlə məhkumun cəzaları bu və ya digər formada yüngülləşdiriləcək. Xatırlayırsınızsa, amnistiya ilə bağlı qanunları da qəbul edərkən rəqəmlər təxminən buna oxşar olurdu. Beləliklə, birmənalı şəkildə demək mümkündür ki, Prezidentin bir il bundan əvvəlki sərəncamına əsasən qanunun tətbiqi ilə bağlı vəziyyət təxminən amnistiya haqqında qanunun tətbiqinə bərabərdir. Cəzaların humanistləşdirilməsi ilə bağlı qanunun tətbiqini amnistiya səviyyəsində qiymətləndirmək mümkündür”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Azərbaycanda övladlığagötürmə sahəsində idarəetmə sistemi təkmilləşdirilir
11.12.2018
DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib
11.12.2018
Səyyar “ASAN xidmət” davam edir
10.12.2018
İsmayıllı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib
10.12.2018
“ASAN xidmət”dən fərqli aksiya

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info