Azərbaycan Özbəkistanda Beynəlxalq Ana dili günü ilə bağlı keçirilən tədbirdə təmsil olunub
Tarix: 23.02.2018 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Banqladeşin Özbəkistandakı Səfirliyi və YUNESKO-nun Özbəkistan təmsilçiliyinin təşkilatçılığı ilə “Beynəlxalq Ana dili günü”nə həsr olunmuş və Daşkənddə keçirilən beynəlxalq tədbirə Özbəkistandakı bütün xarici ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri qoşulublar.
Qeyd edək ki, Banqladeşin Özbəkistandakı səfirliyində təşkil olunan tədbirdə iştirakçılar üçün əsas şərt öz ana dillərində bir şeir oxumaq və həmin şeirin ingilis dilində tərcüməsini Təşkilat Komitəsinə təqdim etmək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Banqladeşin Özbəkistandakı Səfiri Mosud Mannan “Sülh üçün şeir” adlı layihə haqqında danışaraq, YUNESKO-nun dəstəyi ilə həyata keçirilən Beynəlxalq Ana dili günü və bununla bağlı keçirilən tədbirlər barədə məlumat verib.
YUNESKO-nun Daşkənd ofisinin rəhbəri Dendev Badarç çıxış edərək 1999-cu il 17 noyabr tarixində təşkilatın baş konfransında Banqladeşin təklifi ilə hər il fevralın 21-nin “Beynəlxalq ana dili günü” kimi qeyd olunması və layihənin əhəmiyyətindən danışdı.
Tədbirdə müxtəlif ölkələrin səfirləri və diplomatları ana dili haqqında öz fikirlərini bildirdi və onlar öz dillərində şeirlər səsləndirdilər.
Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dili və onun zənginliyi barədə danışaraq, dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini söyləyib. Çıxış alqışlarla qarşılanıb.
Qeyd edək ki, YUNESKO-nun Özbəkistan təmsilçiliyi və Banqladeşin Özbəkistandakı Səfirliyinin layihəsi ilə çap olunmuş kitabda digər ölkələrinin şairlərinin şeirləri ilə yanaşı, Azərbaycan bölməsində Bəxtiyar Vahabzadənin “Ana dili: “Mother tongue” şeiri Daşkənddə çap olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info