«ArmenianReport»: ”30 ildir ki, erməni qaçqınlar dövlətdən heç bir kömək almayıblar”
Tarix: 23.02.2018 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


“Qaçqın ermənilər isə hələ də sığınacaqlarda, vaqonlarda, köhnə, təmirsiz binalarda yaşamaqda davam edirlər”

Yəqin xatırlamış olarsınız, bir müddət bundan əvvəl Amerikanın “The Washington Post” nəşri Ermənistanla bağlı fotosessiya hazırlamışdı. Həmin fotosessiyada amerikalı fotoqrafın təqdim etdiyi şəkillər Ermənistandakı adi insanların rəzil həyatını çılpaqlığı ilə ortaya qoymuşdu. Maraqlıdır ki, erməni saytları da bu şəkilərdə əks olunanların real olduğunu etiraf etmək məcburiyyətində qalmışdılar.
Qeyd edək ki, həmin dövrdən xeyli müddət ötsə də, bu ölkədə heç nə dəyişməyib. Dediklərimizi isbatlamaq üçün, yenə ermənilərin «ArmenianReport» saytına istinad etmək məcburiyyətində qaldıq. Beləliklə, saytda yer alan məqalədə deyilir: « Artıq 30 ildir ki, nəsil dəyişikliyinə baxmayaraq, Ermənistandakı qaçqın problemi bu gün də problem olaraq qalır. Elə bil bu insanlar artıq hakimiyyət orqanlarının da yadlarına düşmür. Yox, deyəsən xatırlamağa başlayıblar. Özü də necə... Belə ki, bir müddət bundan əvvəl, sabiq ölkə prokuroru, hazırda isə deputat olan Gevork Kostanyan hansısa tədbirlərin birində «dövlət erməni qaçqınlarına kömək göstərməlidir»- deyə bildirib. O, bu fikirləri elə etinasız bildirib ki, buna heç reaksiya verən belə, olmayıb. Yox, deyəsən reaksiya verən olub. Belə ki, erməni spiker Ara Babloyan ona dəstək olaraq, «qaçqınlar beynəlxalq ictimaiyyətin hüquqi qiymətləndirməsini almadılar»-deyə ərz edib.
Son günlər bu mövzu sabiq erməni səlahiyyətliləri arasında müzakirə mövzusuna çevrilməkdədir. Onlar hətta «azərbaycanlıların ermənilərə yaratdığı maddi ziyana görə» hər bir qaçqının Azərbaycandan 110 min dollar məbləğində kompensasiya tələb etmək hüququna malik olduğunu da bildirirlər. Burada bir haşiyə çıxmaq məcburiyytindəyəm. Belə ki, münaqişənin təşəkkül tapdığı illərdə mən «Molodyoj Azerbaydjana» qəzetində çalışırdım. Etiraf etməliyəm ki, həmin qəzetdə mənimlə çalışanların əksəriyəti ermənilər idi. Onlar ilk dövrlərdə Azərbaycandan getməyə tərəddüd etsələr də, Ermənistandan soydaşlarımız tamam qovulduqdan sonra ölkəmizi tərk etdilər. Lakin tanıdıqlarımdan heç biri Ermənistana getmədi. Onların əksəriyyəti başqa ölkələri Ermənistandan üstün tutdular.
İndi ermənilərin Azərbaycandan kompensasiya istəməsi də adama qəribə gəlir. Sayt daha sonra yazır: «Artıq ilk qaçqınların Ermənistana gəlməsindən 30 il ki, keçir. Bu ərəfədə ölkədə siyasi sistem də dəyişib, üç prezident bir-birini əvəzləyib, yeni nəsillər doğulub, amma erməni qaçqınları dövlətdən heç bir kömək almayıblar.


“Burada bir haşiyə çıxmaq məcburiyytindəyəm. Belə ki, münaqişənin təşəkkül tapdığı illərdə mən «Molodyoj Azerbaydjana» qəzetində çalışırdım. Etiraf etməliyəm ki, həmin qəzetdə mənimlə çalışanların əksəriyəti ermənilər idi. Onlar ilk dövrlərdə Azərbaycandan getməyə tərəddüd etsələr də, Ermənistandan soydaşlarımız tamam qovulduqdan sonra ölkəmizi tərk etdilər. Lakin tanıdıqlarımdan heç biri Ermənistana getmədi. Onların əksəriyyəti başqa ölkələri Ermənistandan üstün tutdular”



. Hər il dinləmələr aparılır, konfranslar təşkil edilir, lakin dövlət yardımına ehtiyacı olanlara gəldikdə, hakimiyyət orqanları dərhal kənara çəkilirlər. Qaçqın ermənilər isə artıq 30 ilə yaxındır ki, hələ də sığınacaqlarda, vaqonlarda, köhnə, təmirsiz binalarda yaşamaqda davam edirlər. Onlar üçün, ən adi yaşayış şəraiti xəyali hala çevrilməkdədir. Erməni hökumətinin beynəlxalq ictimaiyyətdən, xarici QHT-lərdən və diasporlardan qaçqınların mənzil probleminin həlli üçün əhəmiyyətli vəsait almalarına baxmayaraq, bu məsələ hələ də həllini tapmayıb. Ermənistanda həyatlarını sıfırdan başlayan qaçqın ermənilər hələ də həmin səviyyədə qalmaqdadırlar. Onların çoxu əvvəlki həytlarını şəhərlərdə keçirsələr də, Ermənistan rəhbərliyi onları kənddə yaşamağa məhkum edib. Halbuki, onların əməyindən yaralanmaq da olardı».
Bunları etiraf edən sayt hazırda Ermənistandakı qaçqınların problemlərinin günü- gündən artmasına baxmayaraq, hakimiyyətin bu problemlərə müdaxiləsində tələsməməyə üstünlük verdiyindən gileylənir: «Hakimiyyət üçün xaricdən qaçqınların ehtiyaclarına yönəldilmiş maliyyə yardımı almaq daha asandır, lakin daha asanı isə bu maliyyənin sirli şəkildə də olsa, hakimiyyətin hesablarına yerləşdirilməsidir».
Təbii ki, yazının bu yerində daha bir haşiyə çıxmaq məcburiyyətindəyəm.

Azərbaycanda isə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 250 min nəfər bu kateqoriyadan olanlar yeni mənzillərlə təmin olunub və bu qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib.


Qeyd edilməlidir ki, həmin ərəfədə Azərbaycan da qaçqın problemi ilə üzləşdi. Lakin Azərbaycan dövləti qaçqınları qayğı ilə əhatələyə bildi. Qeyd edək ki, son 10 ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Bu müddətdə qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 51 fərman və sərəncam imzalanıb. Bu gün Azərbaycanda heç bir çadır şəhərciyi yoxdur. Bu gün qaçqınlar hər cür şəraitli evlərlə təmin ediliblər. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə göstərilən qayğı beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçən son müşavirədə də bütün bunlar etiraf olunub. Mehriban Əliyeva həmin müşavirədə bu günə kimi, təkcə bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksinin salındığını, 250 min nəfərin yeni mənzillərlə təmin olunduğunu və salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa olunduğunu bildirib. Bir neçə gün bundan əvvəl isə qaçqınlara verilən aylıq sosial müavinətin miqdarı artırıldı. Beləliklə, eyni problemlə üzləşən Azərbaycan Ermənistanla müqayisə edilməyəcək dərəcədə, qaçqın və məcburi köçkünlərin qayğısına qalıb. Nəhayət, xaricdə oturub ölkəmizi tənqid edən ”üzdəniraq soydaçlarımız” yaxşı olar ki, “ArmenianReport”da dərc olunan bu yazı ilə tanış olsunlar...
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info