Standartlaşdırma üzrə milli proqram hazırlanacaq
Tarix: 23.02.2018 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Bu gün Milli Məclisin plenar iclasında “Standartlaşdırma haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 6 fəsil, 27 maddədən ibarət qanun layihəsi standartlaşdırmanın məqsəd və prinsiplərinin, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.
Qanun layihəsinə əsasən, bu qanun standartlaşdırma sahəsində əlaqələri tənzimləyir və bu sahədə fəaliyyət göstərən bütün dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə şamil olunur. “Bu qanunun müddəaları malın (işin, xidmətin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin təhlükəsizliyinə dair məcburi tələblərin müəyyən edilməsinə, həmin məcburi tələbləri müəyyən edən normativ hüquqi aktlara, eləcə də bu normativ hüquqi aktlar üzrə aparılan məcburi uyğunluğun qiymətləndirilməsi məsələlərinə şamil edilmir. Bu qanun təhsil, dövlətin müdafiəsi, təhlükəsizliyi, insanların həyat və sağlamlığını, təhlükəsizliyi ilə bağlı məcburi standartlara şamil edilmir”, - deyə qanun layihəsində qeyd olunub.
Qanun layihəsinə əsasən, dövlət standartlarının hazırlanması işlərinin planlaşdırılması milli standartlaşdırma qurumu tərəfindən formalaşdırılan, təsdiq edilən və nəşr edilən 3 illik milli standartlaşdırma proqramı formasında həyata keçiriləcək. Standartlaşdırma üzrə milli proqram standartlaşdırma ilə əlaqəli olan normativ hüquqi aktların, texniki reqlamentlərin tələbləri, standartlaşdırma üzrə texniki komitələrin iş planları nəzərə alınmaqla hazırlanacaq. Milli standartlaşdırma proqramının forması, formalaşdırma prosedurları, onlarda dəyişikliklərin edilməsi qaydası müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.
Layihəyə əsasən, dövlət standartları “AZS” nişanı ilə nişanlanacaq. “Standartlaşdırma haqqında” qanun layihəsi I oxunuşda səsə qoyularaq təsdiq olunub. Qanun dərc edildiyi gündən 90 gün sonra qüvvəyə minəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
İsmayıllı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib
10.12.2018
“ASAN xidmət”dən fərqli aksiya
10.12.2018
Qeyri-rəsmi məşğulluqla əlaqədar seminar-müşavirə keçirilib
07.12.2018
“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info