“Biz bu tarixi və mədəni irsə çox diqqətlə yanaşırıq”
Tarix: 24.02.2018 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanı qəbul edib. Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi bağlantılara söykəndiyini qeyd edib. “Biz bu tarixi və mədəni irsə çox diqqətlə yanaşırıq”, - deyən Birinci vitse-prezident bu gün dövlətlərimiz və xalqlarımız səviyyəsində, ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin yaradılmasından məmnunluğunu ifadə edib. Son beş il ərzində dövlət başçılarının 10 görüşünün keçirilməsini ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirən Azərbaycanın Birinci vitse-prezidenti bu görüşlərin əməkdaşlığımızın möhkəmlənməsi işinə öz töhfəsini verdiyini deyib və qeyd edib ki, əlaqələrimiz bir çox sahələri, o cümlədən iqtisadiyyat, nəqliyyat və əlbəttə, çox mühüm olan mədəniyyət sahələrini əhatə edir. Birinci vitse-prezident Mehriban Əliyeva keçən il İranda Azərbaycan mədəniyyət günlərinin, həmçinin 2017-ci ildə ölkəmizdə elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində “Azərbaycan İslam mədəniyyətinin incisidir” adlı fotosərginin uğurla keçirilməsinin mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib. İranın mədəniyyət günlərinin də ölkəmizdə yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edən Birinci vitse-prezident İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın Bakıda İran kinosu günlərinin keçirilməsi ilə əlaqədar ölkəmizə səfərinin də uğurlu keçəcəyinə ümid etdiyini bildirib. Ötən il Azərbaycan Respublikasının İranda mədəniyyət günlərinin ən yüksək səviyyədə keçirilməsi üçün İran tərəfinin bütün səylərini əsirgəmədiyini deyən Abuzər İbrahimi Türkaman Azərbaycan tərəfinin ölkəmizdə İran kinosu günlərinin təşkil olunması üçün hər cür şərait yaratmasını yüksək qiymətləndirib. O qeyd edib ki, ölkələrimiz arasında əlaqələr mədəni-tarixi bağlılıqlara əsaslanır və bu gün bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur. Görüşdə bu il Naxçıvanın İslam mədəniyyəti, öz növbəsində, Təbrizin İslam turizmi paytaxtları elan olunması ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib, mədəniyyət və turizm sahəsində müxtəlif layihələrin həyata keçirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Ümummilli lider Heydər Əliyevin xatirəsi Səudiyyə Ərəbistanında anılıb
08.12.2018
Ermənistan atəşkəs rejimini 28 dəfə pozub
08.12.2018
Neft hasilatının azaldılması sazişi üzrə İran, Liviya və Venesuelaya güzəştə gedilib
07.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitələr aşkarlanıb
07.12.2018
Səyyar “ASAN Kommunal” Bilgəhdə

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info