Bakıda İran kinosu günlərinin açılışı olub
Tarix: 24.02.2018 | Saat: 03:51:00 | E-mail | Çapa göndər


Nizami Kino Mərkəzində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə İran kinosu günlərinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində dövlət rəsmiləri, ölkəmizdəki diplomatik korpusun nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səslənib.
Açılış mərasimində çıxış edən nazir Əbülfəs Qarayev bildirib ki, Azərbaycan və İran arasında dostluq, əməkdaşlıq münasibətləri ildən-ilə daha da genişlənir. Eyni sözləri iki ölkə arasında mədəni əməkdaşlığa da şamil etmək olar. Ötən il İranda Azərbaycan Mədəniyyət Günlərinin keçirildiyini xatırladan nazir bunun ənənə şəklini aldığını söyləyib: “Elə il olmaz ki, Azərbaycanın sənətçiləri İranda keçirilən müxtəlif tədbirlərdə iştirak etməsinlər. Kinematoqrafçılarımızın birgə istehsalı olan filmlər beynəlxalq festivallara mükafata layiq görülüb. İki ölkənin birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bütün bunlar birgə fəaliyyətimizin uğurlu nəticəsini və mədəniyyətimizin dərin köklərə malik olduğunu göstərir".
İranın Mədəniyyət və İslami Əlaqələr Mərkəzinin sədri Abuzər İbrahimi Türkman ölkəsində ekranlaşdırılan filmlərdə əxlaqi və mənəvi dəyərlərə üstünlük verildiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında mədəni əlaqələrin daha da genişlənməsini arzu edən mərkəzin sədri deyib: “İran filmləri dünyada diqqət mərkəzindədir, hətta “Oskar” mükafatına layiq görülüb. Azərbaycan filmləri də beynəlxalq festivallarda xeyli uğurlar qazanıb. Sizin kinematoqrafçıların istehsalı olan filmlərinin İranda nümayiş olunmasını çox arzulayırıq”.
İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə kino günlərinin keçirilməsini dostluq və qardaşlığımıza bariz nümunə olduğunu, xalqların bir-birini yaxından tanımasına imkan yaratdığını bildirib.
Gecədə “Şəhriyar” adına ansambl musiqili proqramla çıxış edib.
Sonra İran kinematoqrafçılarının istehsal etdiyi “Cangüdən” bədii filmi nümayiş olunub.
Xatırladaq ki, fevralın 27-dək davam edəcək İran kinosu günləri çərçivəsində “Xəyalın şirin tamı”, “Divanə top”, “Ayaqqabım hanı?” bədii filmləri təqdim ediləcək.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Boluda Koroğlu abidəsinin ucaldılması mənim üçün tarixi şansdır
22.03.2019
Novruz bayramı San-Dieqo şəhərində də qeyd edilib
21.03.2019
Ankaradakı “Buta Bakı” Evində Novruz şənliyi keçirilib
21.03.2019
Bu gün Dünya Poeziya Günü kimi qeyd edilir
19.03.2019
Moskvada Osman Eyyublunun konserti olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info