Amerikanın “Jewish Journal” qəzeti Xocalı soyqırımından yazıb
Tarix: 24.02.2018 | Saat: 21:58:00 | E-mail | Çapa göndər



Amerikanın “Jewish Journal” qəzeti Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Milix Yevdayevin “Xocalı qətliamı: Azərbaycan yəhudisinin düşüncələri” sərlövhəli məqaləsini dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə Xocalıda dinc sakinlərin kütləvi qətlə yetirilməsi və bütünlükdə Azərbaycana qarşı erməni təcavüzündən bəhs edilir. Müəllif yazır ki, 1990-cı illərdə güclü müttəfiqlərinin dəstəyi ilə Ermənistan Azərbaycanın suveren ərazisinin 20 faizini işğal edə bildi. BMT Təhlükəsizlik Şurası zəbt olunmuş torpaqların yerli azərbaycanlı əhalinin etnik təmizlənməsi ilə müşayiət olunan bu qanunsuz hərbi işğal faktını pislədi.
Yevdayev qeyd edir ki, Holokostdan sonra bəşəriyyət Xocalıda dinc sakinlərin kütləvi qətliamı kimi faciələrin qarşısını almalı idi.
Azərbaycan yəhudiləri icmasının lideri yazır ki, bir neçə il əvvəl BMT Baş Assambleyasının Holokost qurbanlarının xatirə gününə həsr olunmuş iclasında çıxış edən İsrail Prezidenti Reuven Rivlin dünya ictimaiyyətinə sualla müraciət edib: “Soyqırımına qarşı bizim mübarizəmiz, bu Assambleyanın mübarizəsi nə dərəcədə səmərəlidir? Bosniyada bu mübarizə kifayət qədər səmərə verdimi? Xocalıda azərbaycanlıların qətlə yetirilməsinin, Əfqanıstan vətəndaşlarının taliblər tərəfindən öldürülməsinin qarşısının alınmasında səmərəli oldumu? Bu gün Suriyada kifayət qədər səmərəlidirmi? Yaxud Nigeriyada “Boko Haram”ın vəhşilikləri qarşısında? Biz daha çox göz yaşı tökürük və bu vəhşiliklərin qarşısını almaq üçün daha az iş görürük”.
Yevdayev qeyd edir ki, İsrail Prezidentinin Xocalıda və bütün Azərbaycanda insanların kütləvi şəkildə qətlə yetirilməsini xatırlatması təsadüfi deyil. Azərbaycanla İsrail arasında möhkəm dövlətlərarası əlaqələr mövcuddur. Müəllif yazır ki, Qarabağ müharibəsi zamanı çox sayda azərbaycanlı yəhudi könüllü olaraq erməni işğalçılarına qarşı döyüşüblər. Azərbaycanın məşhur qəhrəmanı Albert Aqarunovu xüsusilə qeyd etmək olar.
Məqalənin sonunda Yevdayev ermənilərin işğal etdikləri torpaqların azad olunacağına və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağına ümidvar olduğunu bildirir.




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
04.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır
01.03.2018
Belçika telekanalında Xocalı soyqırımına aid sənədli film nümayiş etdirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9436

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Jamanak“: “Paşinyan istefa verəcək”
5 “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info