Yapon dilində Xocalı soyqırımı ilə bağlı məlumatlar yayılıb
Tarix: 26.02.2018 | Saat: 12:35:00 | E-mail | Çapa göndər


Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzi yapon dilində olan internet mənbələrində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar yeni məlumatlar yayıb.
Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, yapon ictimaiyyətini erməni silahlıları tərəfindən dinc sakinlərə qarşı törədilən Xocalı faciəsi barədə daha geniş məlumatlandırmaq üçün yapon dilində olan internet mənbələrinə yeni məlumatlar əlavə edib. Təəssüf doğurucu haldır ki, bir çox elektron mənbələrdə, o cümlədən Wikipedia kimi onlayn ensiklopediyanın ingilis dili variantında faciə barədə erməni müəlliflər tərəfindən hazırlanmış məlumatlar yerləşdirilib. Söz yox ki, həmin mənbələr faciə barədə düzgün, obyektiv məlumat verməməklə yanaşı, erməni tərəfinin mövqeyini əks etdirir. Yəni həmin mənbələrdə məlumatlar tamimilə yalan, ermənilərin guya bu faciədə günahkar olmamasının təsdiqinə yönəlir. Buna görə də çalışıb bu saxta məlumatları hadisə barədə həqiqətləri əks etdirən informasiya və faktlarla əvəz etmək, faciə barədə dünya ictimaiyyətini obyektiv məlumatlandırmaq lazımdır. Məqsədimiz də həmin yalan informasiyaların aradan qaldırılmasından, faciə barədə yapon ictimaiyyətinin düzgün məlumatlandırılmasından ibarətdir.
X.Kələntər əlavə edib ki, faciə haqqında məlumatlar Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxlaq aləmdə tanınması” və Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin AZƏRTAC ilə birgə layihəsi olan “Xocalı–XX əsrin soyqırımı” kitablarından götürülüb. Təşkilatın fəallarının yapon dilində hazırladığı məlumatlar ilk dəfə olaraq Wikipedia onlayn ensiklopediyasında, Yaponiyada yaxşı tanınan “Azerbaijan”, “Azerbaijan Japan Friendship Center”, “Japan&Azerbaijan”, “ Azərbaycan-Yaponiya. アゼルバイジャン-日本”, eyni zamanda, Azərbaycanın bu ölkədəki səfirliyinin sosial şəbəkələrdəki səhifələrində geniş yayılıb.
Məlumatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni təcavüzkarlarının Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri soyqırımı, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər öz əksini tapıb. Vurğulanır ki, Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində Xocalı faciəsi beynəlxalq səviyyədə soyqırımı kimi tanınmaqdadır. Artıq dünyanın bir çox ölkələri, o cümlədən ABŞ-ın 20-dən çox ştatı parlament səviyyəsində Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
X.Kələntər əlavə edib ki, yapon ictimaiyyətinin Xocalı faciəsi ilə bağlı obyektiv məlumatlandırılması bundan sonra da diaspor təşkilatının diqqət mərkəzində olacaq.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Məhərrəm İncə: ”Əgər seçkidə uduzmusansa, rəqibə çamur atmaq düzgün deyil”.
25.06.2018
Silahlı Qüvvələrimizin 100 illik yubileyi Pakistanda qeyd olunub
24.06.2018
Belarus müstəqilliyini itirə bilər
23.06.2018
“Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir“
22.06.2018
“Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunmasına tam zəmanət verir”

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info