Beynəlxalq federasiyaya azərbaycanlı rəhbər təyin olunub
Tarix: 26.02.2018 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Baş ofisi Bakı şəhərində yerləşən, Beynəlxalq Avrasiya Kombat Ciu-citsu Federasiyasınin idarə heyətinin qərarı ilə, Avrasiya Kombat Ciu-citsu federasiyasının yeni prezidenti Aqil Acalov seçildi. Tədbiri çıxış nitqi ilə açan DİN İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş məşqçisi, Azərbaycan Ciu-citsu Federasiyasının vitse prezidenti, Kombat Ciu-citsu Federasiyasının sabiq prezidenti, Azərbaycan respublikasının əməkdar məşqçisi Rəsul Məmmədov, bu günədək Dünya arenasında bayrağımızı dalğalandıran idmançılarımızı yetişdirdiyini, bundan sonra da bu işi qürurla davam etdirəcəyini vurğuladı. Yeni təyin olunan prezidenti təbrik edib, Kombat Ciu-citsunun bundan sonrakı taleyinin uğurlu çiyinə həvalə olunduğunu, və gələcəkdə daha çox uğurlara imza atacağına inandığını bildirdi. Yeni təyin olunan Avrasiya Kombat Ciu-citsu federasiyasının prezidenti Aqil Acalov bildirdi ki, ‘’Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün də Cənab lham Əliyevin uğurla davam etdirdiyi İdman siyasi kursuna, bir azərbaycanlı olaraq öz töhvəmi verməyə, vətənimizin idman mədəniyyətini təbliğ etdirməyə çalışacağam’’ Mili Ciu-citsu federasiyasının prezidenti Mirəli Seyidov isə çıxışında Beynəlxalq Avrasiya Kombat Ciu-citsu Federasiyasının heyətinə uğurlar arzulayıb, yeni Prezidentə uğurlar dilədi. Qeyd edək ki,Avrasiya Kombat Ciu-citsu Federasiyasınıın yeni prezidenti təyin olunan Acalov A. İqtisadiyyat üzrə fəlsəfə doktorudur, bununla yanaşı bu günədək idman sahəsində yetərincə təcrübəsi olan bir gənc kadrdır -2014-ci ildən 2018-ci ilə qədər isə prezidenti vəzifəsini icra edib.Eyni zamanda ‘’Dünya Alpaqut Federasiyası’’nın təsisçilərindən biri və idarə heyətinin üzvü olub. İctimai-siyasi sahələrdə də kifayət qədər xidmətləri olan Aqil Acalov bir sıra ölkədaxili və beynəlxalq idman yarışlarının təşkilatçısıdır.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik
23.09.2018
Bakı arenasında özümü çox rahat hiss edirəm
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info