Xocalı qətliamının ilk şahidi Leonid Kraveç təltif olundu
Tarix: 26.02.2018 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov təşkilatın fəxri üzvü, Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviçi “Cavad Xan” Ordeni ilə təltif edib. UABD-dən Azadinform-a daxil olan məlumata görə, Kraveç Leonid Markoviç Azərbaycan naminə fəaliyyətində fərqləndiyi üçün təltif olunub. 
Qiymətli metaldan hazırlanmış “Cavad Xan” Ordeni 1, 2 və 3-cü dərəcəlidir. Orden yaşadığı ölkədən və milliyyətindən asılı olmayaraq Azərbaycan naminə fəaliyyətində fərqlənən insanlara təqdim olunur.  Hazırda Leonid Kraveç Ukraynada olmadığından ordenin təqdim etmə mərasimi martın əvvəllərinə planlaşdırılıb.
Xatırladaq ki, Xocalı qətliamının ilk şahidi Kraveç Leonid Markoviç UABD sədri Hikmət Cavadovun təşəbbüsü ilə Bakıda olub, Heydər Əliyev Mərkəzində filmin təqdimatında iştirak edib. Filmin həmçinin Moskvada və Kiyevdə böyük auditoriya qarşısında nümayiş etdirilib. Xocalı faciəsinin dəhşətlərindən bəhs edən “Cəhənnəmi görmüş pilot” filmində Leonid Kravets hadisələri gördüyü kimi nəql edir, lazım olacağı təqdirdə beynəlxalq məhkəmələrdə şahid kimi çıxış edəcəyini bildirir.  
Film UABD tərəfindən Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanıb.
2016-cı ildə Prezident  İlham Əliyev Markoviçin xidmətlərini yüksək qiymətləndirərək onu “Tərəqqi” medalı ilə təltif edib.  
Kraveç Leonid Markoviç Gəncədə hərbi xidmətdə olub, yaşayıb və məhz 24 il əvvəl Xocalıya Gəncədən uçub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluq binasında öldüyünü təsdiq edib
19.10.2018
Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
18.10.2018
San-Fransiskoda Müstəqillik Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edilib
18.10.2018
Haiti prezidentinə qarşı uğursuz sui-qəsd cəhdi olub
18.10.2018
ABŞ nümayəndəsinin BMT-dəki çıxışı kubalı diplomatların sərt etirazına səbəb olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10284

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info