Göyərtilərin beyinə təsiri
Tarix: 26.02.2018 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Çikaqoda Raşa Universitetinin apardığı tədqiqata görə, göyərtilərdən hər gün istifadə yaddaşı və koqnitiv (dərketmə və xarici informasiyaları məniməsmək qabiliyyətini təsvir edir. Bir-birindən fərqlənən müxtəlif kontekstlərdə işlənir) qabiliyyətləri yaxşılaşdırır.
Milli.Az xəbər verir ki, kahı, ispanaq və çuğundur yarpağı fol turşusuyla zəngindir. Bu bitkilərdə koqnitiv inkişaf üçün çox vacib olan “B” vitamini qrupu var.
Həkim və tədqiqatın rəhbəri Marta Kler Morris bildirib ki, gündəlik göyərti istehlakı beyin işinə kömək edir və qocalmasının qarşısını alır.
Beş il davam edən tədqiqatda 960 yaşlı könüllü iştirak edib və onların hər il koqnitiv qabiliyyətləri qiymətləndirilib.
Nəticələr göstərib ki, göyərtidən vaxtaşırı istifadə edən şəxslərdə ondan az istifadə edən iştirakçılarla müqayisədə yaddaş və təfəkkür sürətlə işləyib.
Tədqiqat zamanı həmçinin beyin işinə təsir edən digər amillər nəzərə alınıb: Yüksək qan təzyiqi, siqaret və alkoqol istehlakı, piylənmə, təhsil səviyyəsi, fiziki və zehni fəaliyyət.
Tədqiqatın rəhbəri Marta Kler Morris onu da bildirib ki, araşdırma yaşlı insanlar arasında aparılıb. Göyərtilərin beyinlə əlaqəsini öyrənmək üçün bu barədə gələcəkdə daha geniş araşdırmalar aparılacaq.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Kuşadasına mövsümün ilk kruiz gәmisi gәlib
18.03.2019
30 yaşdan sonra bunları yeməyin!
18.03.2019
Axır çərşənbədə nələr etməli?
18.03.2019
Avstriyada qalanan tonqal hündürlüyünə görə “Ginnesin rekordlar kitabı”na düşüb
18.03.2019
Texas sakini doqquz dəqiqəyə altı uşaq dünyaya gətirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info