“Sizin uğurunuz ölkənin uğurudur”
Tarix: 27.02.2018 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Marneuli rayonunda azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüş Gürcüstanda elan olunmuş “Müstəqillikdən azadlığa - respublikanın 100 illiyi” kampaniyası çərçivəsində reallaşıb.
Görüşdə Gürcüstan Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə sualı cavablandırıb. Gürcüstanın münaqişə ilə bağlı vəziyyəti izlədiyini bildirən Giorgi Marqvelaşvili deyib: “Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunmasının tərəfdarıdır”. Sonra Prezident ölkəsinin müstəqillik uğrundakı mübarizə tarixindən, üzləşdiyi problemlərdən və əldə etdiyi uğurlardan danışıb. Dövlət başçısı Gürcüstandakı azərbaycanlıların cəmiyyətdə çox fəal olduqlarını bildirib. Gürcüstan Prezidenti Bolnisidə “Gürcü dilini öyrənirik” proqramının azərbaycanlı iştirakçıları ilə görüşüb. Proqram Gürcüstan prezidentinin ehtiyat fondunun dəstəyi ilə 2015-ci ildən etibarən İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (TDU) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Görüşdə çıxış edən Gürcüstan prezidentinin etnik azlıqların məsələləri üzrə müşaviri Sofio Şamanidi proqramın uğurları barədə danışıb: “Proqram çərçivəsində etnik azlıqların yaşadığı Kvemo Kartli, Kaxeti, Samtsxe-Cavaxeti bölgələrində və Tbilisidə TDU-nun professor və müəllimləri, magistr və doktorantları etnik azlıq nümayəndələrinə dövlət dilini və konstitusiyanın əsaslarını öyrədir”. G.Marqvelaşvili çıxışında deyib ki, bir şəxsin inkişafı üçün dil baryeri olmamalıdır: “Dövlət dilini öyrənməklə siz öz imkanlarınızı artırır və Gürcüstanın potensialını möhkəmləndirirsiniz. Sizin uğurunuz ölkənin uğurudur. Gürcü dili ilə yanaşı, siz Konstitusiyanın əsaslarını da öyrənmisiniz. Siz Gürcüstan vətəndaşlarısınız və ölkənin gələcəyini formalaşdırırsınız”. Qeyd edək ki, “Gürcü dilini öyrənirik” prezident proqramı çərçivəsində 2015-2017-ci illərdə Gürcüstanın 3 bölgəsinin 79 kəndində tədris aparılıb. Üç il ərzində kurslarda 6688 nəfər iştirak edib və onların təxminən 80%-i müvafiq sertifikat alıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info