“aa.com.tr”: “Xocalı soyqırımını törədənlər cəzalandırılmalıdır”
Tarix: 27.02.2018 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Xocalı faciəsi ilə bağlı reallıqlar nəinki yerli KİV-lərdə, həmçinin dünya mətbuatında geniş işıqlandırılır. Türkiyənin müxtəlif qəzetlərində Xocalı soyqırımı ilə bağlı dərc olunan yazılarda orada baş verən hadisələr, dinc sakinlərə qarşı törədilən qətliamlar öz əksini tapıb.
Türkiyənin “Sabah” qəzetində ”Azerbaycan Hocalı için adalet arıyor” başlıqlı məqalə dərc edilib. Məqalədə qeyd edilir ki, Azərbaycan beynəlxalq ictimaiyyətdən 26 fevral 1992-ci ildə 106 nəfəri qadın, 70-i yaşlı, 63-ü uşaq olmaqla 613 vətəndaşının qətlə yetirildiyi Xocalı soyqırımının fəallarının ədalət qarşısına çıxarılmasını tələb edir. Burada qeyd edilir ki, erməni əsgərlərinin Xocalını işğal edərkən törətdiyi qətliamlar insanlıq tarixinə qara bir ləkə kimi yazılıb. Bu günə qədər 15 ölkənin parlamenti və ABŞ-ın 22 əyalətinin məclisi Xocalıda baş verənləri qınayan və soyqırımı kimi tanıyan qərarlar qəbul edib. Xocalıda baş verənləri dünyaya çatdırmağa davam edən Azərbaycan, beynəlxalq ictimaiyyətdən günahkarların cəzalandırılmasını tələb edir.

“Akşam”:
“Ermənistan prezidenti Sərkisyan bu soyqırımı törədən komandirlərdən biri olub”
Türkiyənin “Akşam” qəzetində dərc edilən “Hocalı katliamı nedir” adlı məqalədə isə Xocalı soyqırımı zamanı baş verənlərə geniş yer verilib. Yazıda həmçinin hadisələrin şahidi olan Xocalı sakinlərinin fikirləri də öz əksini tapıb. Burada qeyd edilir ki, ermənilərin Xocalıda törətdiyi qətliamdan xilas olmağı bacaranlar hadisənin üstündən 26 il keçməsinə baxmayaraq, o gün şahid olduqlarını göz yaşları içində danışırlar. Ermənilərin qadın və uşaqları ayırd etmədən törətdikləri soyqırımında bir çox ailə tamamilə yox olduğu halda, bəziləri də ailə üzvlərinin bir qismini itirib. Soyqırımından sağ qalan insanlar, yaşadıqları işgəncələri və yaxınlarının itirmənin ağrısının bu gün də eyni şəkildə xatırlayır və təkrar yaşayırlar. “Akşam” qəzetində dərc edilən adlı digər məqalədə isə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündar Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb: “Ermənilər gələcəkdə hüquqi şəkildə ədalətli bir həyat şəraitində, bütün nemətlərdən faydalanmaq istəyirlərsə, işğal etdikləri torpaqları müharibəyə yol vermədən təhvil verməlidirlər. Belə olarsa, Türkiyə və Azərbaycandakı qapılar da onlara açılacaq”. Müstəqilliyini elan etdikdən sonra Azərbaycan ordusunun gücü və texnologiyasının yüksək səviyyədə olduğunu deyən B.Dündar qeyd edir ki, ermənilər tarixin bütün mərhələlərində onlara vəd edilənlər üçün müharibələr törədiblər: “Kars, Ağrı və Ərzurumda ermənilər 110 min insanı qətlə yetiriblər. Güllə sərf etməmək üçün samanlıqlara dolduraraq insanları toplu halda soyqırıma məruz qoyublar. Ermənilər əsrlərlə Osmanlı dövlətinin vətəndaşları olublar, dövlət qurumlarında vəzifələr tutublar, ancaq onlar fransız və italyanların təşviqilə Osmanlıya arxadan zərbə vurublar. Ermənilər uşaqlarına türkə qarşı düşmənçilik öyrədirlər. Hətta hazırda əli qanlı Ermənistan prezidenti S.Sərkisyan bu soyqırımı törədən komandirlərdən biri olub”.B.Dündar Xocalı soyqırımı ilə bağlı sənəd və fotoların Kocaelidəki Soyqırımı Muzeyində nümayiş etdirildiyini bildirib.

“Turkiyegazetesi.com”:
“Xocalıya ədalət üçün əlimizdən gələni edəcəyik”

“Turkiyegazetesi.com” isə məqalədə azərbaycanlıların ermənilərin Xocalıda qətlə yetirdiyi 613 nəfəri anmaq üçün Bakıdakı “Ana fəryadı” abidəsinə axın etdiyi göstərilir. Burada qeyd edilir ki, ilk olaraq ölkə başçısı İlham Əliyev və dövlət qurumlarının iştirakı ilə rəsmi mərasim təşkil edilib. Daha sonra isə xalq abidəni ziyarət edib. Əllərində Azərbaycan bayraqları və şüarları ilə gələnlər abidə önünə qərənfillər qoyublar. Şəhid ailələri və 26 il öncə yaşanan acı hadisəni təkrar xatırlayaraq göz yaşları töküblər. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da səfirlik işçiləri ilə birlikdə abidəni ziyarət edərək Xocalı soyqırımı qurbanlarını anıb. Səfir açıqlamasında Azərbaycan xalqının 26 ildir 613 soydaşlarının acısı ilə yaşadığını söyləyib. Yaralananların və itkin düşənlərin sayının bu rəqəmdən artıq olduğunu deyən səfir “Biz Türkiyə olaraq bu acı günündə Azərbaycanın yanında olmağa davam edəcəyik. Yaşananlar, sadəcə, Azərbaycanı deyil, bütün türk millətini hədəf alan alçaq bir hücumdur. Bu hücumu reallaşdıranların artıq ədalət qarşısına çıxıb hesab vermək vaxtı çoxdan gəlib çatıb. Xocalıya ədalət üçün əlimizdən gələni edəcəyik”.
“Aa.com.tr” saytında isə Prezidentin köməkçisi Əli Həsənovun fikirləri öz əksini tapıb. Əli Həsənov bildirib ki, ermənilərin törətdiyi bu soyqırımı bütün dünyanın tanıması üçün çalışırıq: “10-dan çox ölkənin parlamentində Xocalı soyqırımı ilə bağlı qərarlar alınıb. Dünyada ədalət olacaqsa, Xocalı soyqırımını törədənlər cəzalarını almalıdırlar. Bu cinayəti onlar törədiblər. İnsanlıq əleyhinə olan bu cinayətə qiymət verilməli və onlar cəzalarının çəkməlidirlər”. Xocalı soyqırımım ilə bağlı tarixçilərin araşdırma aparmasını və dövlətlərin də bu araşdırma nəticələrinə görə o gecəni soyqırımı kimi qəbul etməsini istəyən Ə.Həsənov “Bir gecə azərilər türk və azəri olduqları üçün qətlə yetirildi. Yaşlısı, uşağı, qadını, kişisi... Heç kimə acımadan bir gecə içində qətlə yetirildilər. Qeyd edək Türkiyənin bir çox qəzetlərində İstanbul şəhərinin Bağcılar məhəlləsində böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkının və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı da geniş işıqlandırılıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Rusiya və Azərbaycan rouminq tariflərinin azaldılması barədə razılığa gəliblər
08.12.2018
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub
07.12.2018
Müxalifətin birlik problemi
07.12.2018
Aleksandr Vuçiç: “Serbiya Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verir”
07.12.2018
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info