Yaxın Şərqin ATƏT-ini yaratmaq mümkün olacaqmı?
Tarix: 27.02.2018 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Qətər əmiri Avropa İttifaqı, İran xarici işlər naziri isə ATƏT tipində təşkilat yaradılmasını təklif edir

“Yaxın Şərq dövlətləri arasında o qədər konfliktlər var ki, regionda ümumi oyun qaydaları yaratmaq mümkün deyil”

Müharibə meydanı və terror yuvasına çevrilən Yaxın Şərq müxtəlif güc mərkəzlərinin maraqlarını reallaşdırması üçün münbit platformadır. Ona görə də bölgədə sabitlik yaranmır, dinc əhali ya məhv edilir, ya da doğma yurdundan didərgin düşərək Türkiyə, İordaniya kimi dövlətlərin ərazisində sığınacaq tapır. Dövlətlərin öz maraqları üçün Yaxın Şərqdən necə iyrənc şəkildə istifadə etməsinə ən yaxşı nümunə BMT Təhlükəsizlik Şurasında Şərqi Qutada bombardmanlar nəticəsində dinc əhalinin ölməsi məsələsinin müzakirəsi idi.
TŞ üzvləri dinc insanların qətlə yetirildiyi Qutada atəşkəs elan olunması məsələsini səsverməyə çıxarmağı 3 dəfə təxirə saldı. Səbəb- üzv dövlətlər arasında razılığın əldə olunmaması idi. 100-dən çox uşağın şərqi Qutada qətlə yetirilməsinin BMT TŞ üçün heç bir dəxli yoxdur. Onları ölən uşaqlar deyil, öz maraqları düşündürür. Vəziyyətdən çıxmağa çalışan Yaxın Şərq dövlətləri onlara verilən müstəqillik çərçivəsində hansısa addım atmaq lazım olduğunu başa düşürlər. Amma tam müstəqil olmadıqlarından ciddi qərar qəbul edə bilmirlər. Qətər dövlətinin əmiri əl-Tani region dövlətləri arasında münasibətlərin normallaşması, yəni münaqişə ocaqlarının yaranmasının qarşısının alınması üçün Avropa İttifaqı tipində birlik yarıdılması təşəbbüsü ilə çıxış edib. İranın xarici işlər naziri Zərifi isə ATƏT tipində təşkilat yaradılması təklifini irəli sürüb. Qətər əmiri hesab edir ki, münaqişələr və qeyri-sabitlik Yaxın Şərq ölklərinin inkişafına mane olur. Ona görə də yeni kompleks təhlükəsizlik sazişinə ehtiyac yaranıb. Onun fikrincə, Yaxın Şərqin bütün dövlətləri mövcud təhlükəsizlik və siyasi mövcudluq parametrlərindən çıxış edərək müəyyən razılaşma əldə etməlidir: “Bunun üçün ən yaxşı nümunə Avropa İttifaqıdır. İttifaq nizamlama üçün mexaniz.mlər yarada bilib. Yaxın Şərqdə də çatışmayan məhz budur”. Qətər lideri bildirib ki, güc yolu ilə problemi həll etmək YaxınŞərq dövlətlərinin heç birinə xeyirli deyil. O, misal kimi Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Qətəri öz tələblərinə tabe edə bilməmələrini qeyd edib: “Hava, dəniz və yer blokadasına baxmayaraq, Qətər iqtisadi artımını sürətləndirə bildi. Biz münaqişədən daha güclü şəkildə çıxdıq”. İranın xarici işlər naziri Zərifi isə Avropa İttifaqını deyil, ATƏT-in nümunə olmasını istəyir. İran xarici siyasət idarəsinin rəhbəri hesab edir ki, ATƏT soyuq müharibə illərində ümumi prinsiplər işləyib. Yaxın Şərqin məhz həmin prinsip və qaydalara ehtiyacı var. “Bu prinsiplər təhlükəsizlik məsələsini, kiçik və ya böyük olmasından asılı olmayaraq, hamı üçün eyni dərəcədə əhəmiyyətli edəcək” - deyə Zərifi “Tehran Times” nəşrinə açıqlamasında deyib. Amma Səudiyyə Ərəbistanından bu məsələyə verilən reaksiya Yaxın Şərqdə konsensus əldə etməyin mümkünsüz olduğunu ortaya qoyur. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyr “Röyters”ə bildirib ki, artıq belə bir təşkilat var - Ərəb Dövlətləri Əməkdaşlıq Şurası. Qətərdən olan və adını anonim saxlayan diplomat “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında bildirib ki, əmirin təklifinə bir qədər ehtiyatla yanaşmaq lazımdır. Çünki region ATƏT tipində bir təşkilatın yaranması üçün lazım olan şərtlərdən çox uzaqdır. Başqa bir diplomat isə qeyd edib ki, Yaxın Şərq dövlətləri arasında o qədər konfliktlər var ki, regionda ümumi oyun qaydaları yaratmaq mümkün deyil. Hazırda mövcud olan üç əsas təşkilat- İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və Fars Körfəzi Ərəb Dövlətlər Əməkdaşlıq Şurası regional münaqişələrin həllində ciddi rol oynaya bilmir. London Universitetinin professoru Rouzmari Hollis İran və Qətərin təklifinin uğur qazanacağına ümid etmir: “İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi özlərini İranın geosiyasi rəqibi hesab edirlər və ərəb dünyası daxilinə yanaşmada Qətərdən fərqli mövqe ortaya qoyurlar. Tərəflərdən heç biri konstruktiv dialoqa hazır deyil”. Müdafiə Məsələləri üzrə Birləşmiş Krallıq İnstitutunun elmi əməkdaşı Maykl Stefens isə bildirib ki, Yaxın Şərq ölkələri Aİ və ya ATƏT tipində bir təşkilat yarada bilsələr, bu, regionun xeyrinə olacaq. O bildirib ki, regionda təhlükəsizlik strukturlarının olmamasının nəticəsidir ki, bölgə hərbi münaqişələr ocağına yuvarlanır. Onun fikrincə, Tehran və Dohanın təklifinin reallaşmasının qarşısında iki əsas əngəl var -ABŞ və dövlətlər arasında olan ciddi fikir ayrılığı. Vaşinqton administrasiyasından “Röyters”ə bildiriblər ki, yaxın iki ayda Donald Trampın Səudiyyə Ərəbistanı şahzadəsi, Abu-Dabi şeyxi və Qətər əmiri ilə görüşləri nəzərdə tutulub.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Bu seçkilər ən utancverici seçkilərdən biri kimi Ermənistan tarixinə düşəcək”
04.12.2018
Sosial şəbəkə təxribatı: Fransanı qarışdıran “sarı jilet” və Honkonqda sınaqdan keçirilən “sarı çətir”
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info