Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı soyqırımı qurbanları anılıb
Tarix: 27.02.2018 | Saat: 02:17:00 | E-mail | Çapa göndər


Moskvada, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyi və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiyanın tanınmış ictimai və siyasi xadimləri, Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz, bir sıra xarici ölkələrin hərbi attaşeləri və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Anım mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xocalı soyqırımı haqqında danışıb. Səfir Xocalı faciəsinin xüsusi qəddarlıqla törədilən əsl soyqırımı olduğunu söyləyib: "Xocalı qurbanlarının bir çoxu diri-diri yandırılıb, bir çoxunun isə başını kəsiblər, gözlərini çıxarıblar, hamilə qadınların bədənləri üzərində vəhşiliklər törədilib. Bu insanları ancaq azərbaycanlı olduqlarına, Qarabağda və Xocalıda yaşadıqlarına görə qətlə yetiriblər. Bu gün biz ABŞ-da çəkilən "Qaranlıqdan qaçarkən" filmini nümayiş etdirəcəyik".
"Qaranlıqdan qaçarkən" filminin təqdimatının ilk dəfə Los Ancelesin tolerantlıq muzeyində keçirildiyini xatırladan səfir filmdə əfsanəvi hərbi jurnalist Çingiz Mustafayevin hadisə yerində çəkdiyi qətl və zorakılıq səhnələrini əks etdirən dəhşətli kadrların nümayiş etdirilmədiyini söyləyib: "Həmin kadrları görənlər onları heç vaxt unuda bilmirlər. "Qaranlıqdan qaçarkən" filmi şahidlərin müsahibələri, Amerika ictimiayyətinin nümayəndələrinin hadisələrə verdikləri hüquqi və ictimai qiymətlər əsasında çəkilib. Filmdə Xocalı faciəsi haqqında danışan erməni hüquq müdafiəçisinin etirafları da yer alıb. Ermənistan cəmiyyətində getdikcə daha çox adam Dağlıq Qarabağın və Ermənistanın o zamanki hakimiyyətinin törətdiyi bu faciəni dəhşətli səhv kimi qiymətləndirir".
P.Bülbüloğlu bu filmi Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində atılan mühüm bir addım kimi qiymətləndirdiyini söyləyib: "Filmin epiqrafı- "Şərin qələbə çalması üçün yeganə şərt yaxşı insanların heç nə etməməsidir" ekran əsərinin məqsədini çox aydın ifadə edir. Bu epiqraf mənə hamıya yaxşı məlum olan başqa bir ifadəni xatırlatdı- "Laqeyd insanlardan qorx! Onları susqunluğu dünyada şərin bərqərar olmasına yol açır".
Diplomat dünyanın 16 parlamentinin, eləcə də ABŞ-ın 19 ştatının Xocalı faciəsini soyqırımı aktı kimi pislədiyini xatırladıb. O, Xocalı soyqırımının dünyada tanınmasında "Xocalıya ədalət!" kampaniyasının təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətini yüksək qiymətləndirib. Səfir Leyla Əliyevaya və Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin rəhbərliyinə tədbirin keçirilməsinə görə xüsusi təşəkkürünü bildirib. Səfir tədbirin keçirildiyi Yəhudi Muzey və Tolerantlıq Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib: "Mənə elə gəlir ki, yəhudi xalqı bizim ağrı-acımızı digər xalqlardan daha yaxşı anlayır və bölüşür. Belə ki, bu xalq öz tarixində çox faciəvi hadisələr yaşayıb".
Milli Məclis Aparatının Hüquq şöbəsinin müdiri, BMT-nin cinayətkarlıq üzrə Vyana İdarəsinin eksperti, hüquq elmləri doktoru Nizami Səfərov isə çıxışında Xocalı faciəsinin beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı aktı kimi tanınmasının vacibliyini vurğulayıb: "Problemin əsas tərkib hissələrindən biri soyqırımı, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlərə görə cəzasızlığın aradan qaldırılmasıdır. Xocalı soyqırımını törədənlərdən heç kimin məhkəmə qarşısında cavab verməməsi dünyada mövcud olan ikili standartlara daha bir nümunədir. N. Səfərov əmin olduğunu bildirib ki, ədalət zəfər çalacaq, çünki dünyada hərbi cinayətkarların müəyyən müddətdən sonra məhkəmə qarşısına çıxarılması faktları az deyil: "Azərbaycanın hüquq-mühafizə orqanları soyqırımı, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlərlə bağlı cinayət işləri açıblar və bu sahədə bir sıra şəxslər beynəlxalq axtarışa verilib. Soyqırımına görə məsuliyyətə cəlb olunmanın müddəti yoxdur. Azərbaycan 1968-ci ildə təsis edilmiş BMT-nin hərbi cinayətlərə, bəşəriyyətə qarşı cinayətlərə və soyqırımı cinayətlərə görə məsuliyyətə cəlb olunmaya müddət tətbiq edilməməsi ilə bağlı Konvensiyanın iştirakçısıdır. Deməli, cinayətin baş vermə müddətindən asılı olmayaraq təqsirkarlar cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Əminəm ki, Xocalıda soyqırımı törətmiş bütün hərbi cinayətkarlar layiq olduqları cəzanı çəkəcəklər"
“Avrasiya ideyaları emalatxanası” Elmi Tədqiqatlar Fondunun Ekspert Şurasının sədri Qriqori Trafimçuk çıxışında 26 fevralı Azərbaycanın ən yeni tarixinin faciəvi səhifəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan 1992-ci ilin fevralın 26-na keçən gecə Xocalıda baş verən hadisələr barədə dünya ictimaiyyətinə məqsədyönlü məlumat verir. Bu faciə təkcə Xocalı sakinləri, Azərbaycan üçün deyil, həm də dünyanın bir çox xalqları üçün faciədir. Dünya ictimaiyyətinin Xocalı hadisələri ilə bağlı vahid mövqeyinin olmaması gələcəkdə bu kimi soyqırımlarının təkrarlanması üçün əsas yaradır. Azərbaycan uzun illərdir ki, Xocalı faciəsi barədə dünya ictimaiyyətini məlumatlandırır. Lakin bu sahədə hələ resurslar çoxdur. Düşürəm ki, bu resurslardan istifadə olunacaq və mən, bir ekspert kimi öz tövsiyyələrimi verməyə çalışıram. Əgər bu tövsiyələrin müəyyən hissəsi həyata keçirilərsə, biz təkcə Cənubi Qafqazda deyil, bütün postsovet məkanında təhlükəsizlik zonası yarada bilərik. "Xocalıya ədalət" olduqca mürəkkəb, çoxşaxəli aksiyadır. Bu aksiya çərçivəsində görülən işləri müsbət qiymətləndirmək olar".
Rusiya Elmlər Akademiyası Slavyanşünaslıq İnstitutunun baş elmi əməkdaşı İlqar Məmmədov bildirib ki, Xocalı faciəsini törədən cinayətkarlar Azərbaycan xalqının əzmini qıracaqlarına ümid bəsləyirdilər: "Lakin hər şey tam əksinə oldu. Xalqımız bu ağrını heç bir zaman yaddan çıxarmadı və birləşərək daha da möhkəmləndi". İsrailli kinorejissor Efraim Abramov çıxışında ölkəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinin daim ehtiramla anıldığını qeyd edib. O, iki il bundan əvvəl Yerusəlimdəki 120 yaşı olan qədim Prezident bağında Xocalı faciəsi qurbanlarının xatirəsinə 613 ağac əkildiyini xatırladıb. O vurğulayıb ki, bu, Prezident bağının çoxillik tarixi dövründə digər millətin nümayəndələrinin xatirəsinə həsr olunmuş ilk aksiyadır".
Mərasimdə Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyevin və beynəlxalq münasibətlər sahəsində İsrailli ekspert Arye Qutun müraciəti oxunub. Onlar müraciətlərində Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən soyqırımı aktı kimi tanınmasının və bu vəhşiliyi törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarının vacibliyini vurğulayıblar.
Tədbir "Qaranlıqdan qaçarkən" filminin nümayişi ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün önəmlidir
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
04.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9869

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 Türkiyə mediası V Zirvə toplantısından yazır
4 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
5 Aktau Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info