Amsterdamda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş konsert-rekviyem keçirilib
Tarix: 27.02.2018 | Saat: 02:22:00 | E-mail | Çapa göndər


Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresi (AAK) təşkilatçılığı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə yerli musiqiçilərin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş konsert-rekviyem təşkil olunub.
APA-nın məlumatına görə, tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Yerli ictimaiyyət, mətbuat nümayəndələrinin, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, AAK prezidenti Sahil Qasımovun və digər rəsmilərin, Avropanın müxtəlif ölkələrindən olan təşkilatların iştirakı ilə təşkil olunan tədbir "Xocalıya ədalət!" kampaniyası çərçivəsində baş tutub.
Tədbirdə əvvəlcə Heydər Əliyev Fondunun "Xocalıya ədalət!" Beynəlxalq Məlumatlandırma Kampaniyası çərçivəsində hazırlanmış qısa filmin təqdimatı olub. Daha sonra müxtəlif əsərlərdən musiqilər səsləndirilib.
Sahil Qasımov mətbuata bildirib ki, AAK tərəfindən Azərbaycan həqiqətlərinin Avropada təbliği fonunda "Xocalıya ədalət!" kampaniyası çərçivəsində soyqırımın tanıdılması istiqamətində yeni işlərə start verilib.
Tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı, o cümlədən Azərbaycandan media qurumları rəhbərlərindən "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, APA Holdinqin prezidenti Vüsalə Mahirqızı, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, “Report” İnformasiya agentliyinin baş redaktoru Murad Əliyev, "Haqqin.az" və "Virtualaz.org" saytlarının rəhbəri Eynulla Fətullayev və s. iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün önəmlidir
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
04.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9869

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 Türkiyə mediası V Zirvə toplantısından yazır
4 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
5 Aktau Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info