“Unudulmuş soyqırımı” kitabı çap olunub
Tarix: 27.02.2018 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımı barədə məlumat toplusu Koreya dilinə tərcümə edilərək “Unudulmuş soyqırımı” adı ilə çap olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Koreya Respublikasındakı səfirliyinin Xocalı soyqırımının ildönümü ilə əlaqədar həyata keçirdiyi silsilə təbdirlər çərçivəsində çap olunan kitabda Qarabağ bölgəsinin tarixi, mədəni-tarixi, dini abidələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində mülki əhaliyə qarşı törətdiyi soyqırımı barədə məlumatlar əksini tapıb. Nəşrdə bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın irəli sürdüyü “Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında məlumatlara və fotoşəkillərə, bir sıra ölkələrin parlamentlərinin və beynəlxalq ictimaiyyətin bu soyqırımını tanıması haqqında faktlara yer verilib. Kitab Koreyanın ictimai-siyasi dairələrinə, tədqiqat mərkəzlərinə, QHT-lərə, ali təhsil ocaqlarına, yerli KİV-lərə göndərilib.
Koreyada Xocalı tədbirləri çərçivəsində Azərbaycan səfirliyinin təşəbbüsü və Seul şəhərinin Yonqsan rayonunun meriyasının dəstəyi ilə fevralın 14-dən etibarən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Seulun mərkəzi və ən izdihamlı küçələrindən olan İtaveon boyunca Koreya və ingilis dillərində banerlər asılıb. “Xocalıya ədalət!” adlı banerlərdə, həmçinin ölkəmizin Koreyadakı səfirliyinin dəstəyi ilə BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatı tərəfindən Koreya dilində Xocalı soyqırımına dair internet səhifəsinin və “Xocalıya ədalət!” kampaniyasının rəsmi internet səhifəsinin ünvanı əks olunub.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək
10.12.2018
Azərbaycan ifaçısı Riqa musiqi festivalının Qran-pri mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info