Daxili Qoşunların “N” saylı hərbi hissəsinin yaranmasının ildönümü qeyd olunub
Tarix: 27.02.2018 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsinin yaranmasının 29-cu ildönümü qeyd olunub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə mərasim iştirakçıları hərbi hissənin ərazisində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyub. Sonra hərbi hissənin klubunda təntənəli tədbir keçirilib.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.
Hərbi hissə komandiri, mayor Emil Rüstəmov mərasim iştirakçılarına hərbi hissənin ötən illərdə keçdiyi döyüş yolu haqqında məlumat verib. Bildirib ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi hissənin şəxsi heyəti xüsusi şücaət və fədakarlıq nümunələri göstərib, Daxili Qoşunların ilk şəhidi, çavuş Hətəmxan Babayev və Milli Qəhrəman Ruslan Muradov da məhz bu hərbi hissədə xidmət ediblər. Horadiz sərhədyanı yaşayış məntəqəsinin və 12-dən artıq kəndin azad olunması ilə nəticələnən döyüşlərdə 19 nəfər şəhid olub, 3 nəfər isə itkin düşüb.
Sonra ildönümü münasibətilə şəxsi heyətə daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanının təbrik məktubu çatdırılıb.
Tədbirdə xidmətdə fərqlənmiş, yüksək peşə hazırlığı, nümunəvi intizam nümayiş etdirən hərbi qulluqçular mükafatlandırılıb.
Mərasimdə iştirak edən DİN Veteranlar Şurasının sədri, ehtiyatda olan polis polkovniki Fərhad Süleymanov çıxış edərək şəxsi heyətə öz təbriklərini çatdırıb, döyüş hazırlığı səviyyəsinin daim yüksək saxlamağı, nizam-intizama riayət etməyi tövsiyə edib.
Daxili Qoşunların Veteranlar Şurasının sədri, ehtiyatda olan polkovnik Çingiz Daşdəmirov və veteran, ehtiyatda olan polkovnik Əli Adıgözəlov ildönümü ilə əlaqədar şəxsi heyətə öz təbriklərini çatdırıblar.
Daxili Qoşunların nümunəvi hərbi orkestri şəxsi heyət qarşısında ədəbi-bədii kompozisiya ilə çıxış edib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
07.12.2018
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
06.12.2018
45 nəfər əlilliyi olan şəxs Naxçıvandakı müalicə müəssisələrinə yola salınıb
06.12.2018
278 şəxs güzəştli mənzilə sahib olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info