Rusiyanın qızıl ehtiyatı rekord həddə çatıb
Tarix: 28.02.2018 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Kremlin qızıl ehtiyatının artırmasının səbəbi: qızıl ehtiyatının çox olması valyuta, sanksiya risklərini sığortalayır

Dollar sisteminin iflası halında qızıl birmənalı şəkildə öz qiymətini qoruyub saxlayacaq. Ödəmə qabiliyyəti baxımından da qızıl hansısa valyutadan olan asılılığı azaldır

Rusiya Mərkəzi Bankı qızıl ehtiyatını artırmaqdadır. “RİA Novosti” xəbər verir ki, Rusiyanın qızıl ehtiyatı rekord həddə çatıb. Bu ilin yanvar ayında qonşu dövlət 0,6 milyon unsiya- təxminən 19 ton qiymətli metal əldə edib. Hazırda Rusiya Mərkəzi Bankının ehtiyatında dəyəri 80 milyard dollar olan 1857 ton qızıl var. Bununla da Rusiya ən çox qızıl ehtiyatına malik olan 5 dövlətdən biri olmaqla ilk dəfə Çini üstələyib. Sayt xəbər verir ki, hazırda Rusiyanın beynəlxalq ehtiyatı 454 milyard dollar təşkil edir ki, bu da Mərkəzi Bankın müəyyən etdiyi 500 milyard dollar hədəfinə yaxın rəqəmdir. Rusiyanın son illərdə qızıl ehtiyatını sürətlə artırma siyasəti həyata keçirməsi diqqət çəkir. Son 10 ildə Rusiyanın qızıl ehtiyatı 4 dəfə artıb. Dünyada ən çox qızıl ehtiyatı ABŞ-dadır- 8 min ton. Almaniyanın ehtiyatında 3 min, İtaliya və Fransanın isə 2.5 min ton qızıl var. İnkişaf etmiş ölkələrin qızıl-valyuta ehtiyatının təxminən 30 faizi qızılda saxlanılır. Dünya maliyyə sistemində qızıla alterativ yoxdur. Qızıl ehtiyatının çox olması valyuta, sanksiya risklərindən qorunmada böyük əhəmiyyət kəsb etməklə yanaşı, gəlir gətirən sahə də sayılır. Bu gün dünya maliyyə sistemi elə qurulub ki, hesablaşmaların təxminən 70 faizi ABŞ dolları ilə həyata keçirilir. Borcun artıb-azalması ilə bağlı yaranan risklərdən qorunmanın ən yaxşı yolu qızıl ehtiyatı sayılır. Rusiya ABŞ xəzinədarlığının istiqrazlarına 100 milyard dollar yatırıb. Çində isə bu məbləğ trilyon dollardır. Belə olan halda qızıl həm riski azaldır, həm də diversifikasiya edir. Doğrudur, digər valyutalar və ya ABŞ-Almaniya istiqrazlarından fərqli olaraq qızıl likvid deyil. Amma dollar sisteminin iflası halında qızıl birmənalı şəkildə öz qiymətini qoruyub saxlayacaq. Ödəmə qabiliyyəti baxımından da qızıl hansısa valyutadan olan asılılığı azaldır. Bir çox halda ticarət birmənalı şəkildə ancaq qızılla həyata keçirilir. Rusiya ilə ABŞ və digər Qərb dövlətlər arasında gedən mübarizə, sanksiyalar qızıl ehtiyatının artmasını şərtləndirən əsas amillərdən biridir. Biz müşahidə edirik ki, ABŞ Rusiyanı “SWIFT” sistemindən çıxarmaqla bağlı dəfələrlə hədə səsləndirib. Bu sistem dünya banklararası əlaqə kanalı sayılır. Əgər, bu hədə reallaşarsa, Rusiya avtomatik olaraq qızıl hesablaşmasına keçəcək. Rusiyalı ekspert Aleksey Vyazovskiy “RİA Novosti”yə bildirib ki, belə situasiyada ən yaxşı alternativ qızıldır: “Bu bazarın illik dövriyyəsi 8 trilyon dollardır. Bu, elə aktivdir ki, hər an satmaq mümkündür. Əgər, sizin belə aktivləriniz varsa, Amerika sizə əmr edə bilməz”. ABŞ sanksiyalarına məruz qalan İran təcrübəsi də təsdiqləyir ki, qızıl ən yaxşı sığorta vasitəsidir. Tehran ağır sanksiyalar altında olanda belə, neft satmaqla məşğul idi. Sövdələşmə çox halda qızıl vasitəsilə həyata keçirilirdi. Son vaxtlar dünyada kağız pulun dəyəri ilə balı çox fikirlər səslənir. Kriptovalyuta məsələsinin ortaya çıxması, adi insanların belə bu valyutanı, eləcə də qızılı əldə etməyə üstünlük verməsi dünya maliyyə sistemi üçün yeni çağırışlar yaradır. “RİA Novosti” yazır ki, Rusiya istinasız olaraq ancaq daxildə istehsal olunan qızlı alır. İl ərzində istehsal olunan 300 ton qiymətli metalın 60 faizi Mərkəzi Bankın ehtiyatına daxil edilir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1700 nəfəri ötüb
09.12.2018
İngiltərədə 130-a yaxın ictimai kitabxana bağlanıb
09.12.2018
Brüsseldə polis `sarı jiletlər`in aksiyasını dayandırmağa çalışır
08.12.2018
Fransada etiraz aksiyalarında 31 min nəfər iştirak edir
08.12.2018
ABŞ Macarıstana təzyiq edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info