Türkiyə parlamentində Xocalı soyqırımı ilə bağlı fotosərgi açılıb
Tarix: 27.02.2018 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


İsmayıl Qəhrəman: Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarından dərhal çəkilməli və etdiyi zülmün hesabını verməlidir

Azərbaycanın Ankaradakı səfirliyinin və Türkiyə Böyük Millət Məclisinin (TBMM) birgə təşkilatçılığı ilə qardaş ölkənin parlamentində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında Türkiyə Böyük Millət Məclisinin sərdi İsmayıl Qəhrəman, Baş nazir Binəli Yıldırım, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, ölkəmizin AŞPA-dakı daimi nümayəndə heyətinin sədri Səməd Seyidov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və digər şəxslər iştirak ediblər.
Tədbirdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dəhşətli insanlıq faciəsinin yaşandığını diqqətə çatdıran TBMM-in sədri İsmayıl Qəhrəman Xocalıda törədilən vəhşiliklərdən danışaraq deyib: “Ermənistanın beynəlxalq hüquqa zidd olaraq işğal altında saxladığı Dağlıq Qarabağın ayrılmaz hissəsi olan Xocalıda 26 il əvvəl vəhşiliklə törətdiyi qətliamı və Azərbaycan torpaqlarının illərdir davam edən işğalını şiddətlə qınayırıq”. O, bu soyqırımını törədənlərin ədalət mühakiməsi qarşısında cavab verməli olduqlarını vurğulayaraq bildirib ki, biz qətliam (qondarma “erməni soyqırımı”) törədən deyilik. Tariximizdə soyqırımı, irqçilik, qətliam törətmək yoxdur.
“Tarixi araşdırmaqdan çəkinənlər öz əməllərinə və tarixlərinə baxmadıqları üçün qondarma “soyqırımı”ndan danışmaqda davam edirlər”, - deyən Türkiyə parlamentinin sədri qeyd edib ki, biz hara getmişiksə sülh və dostluq aparmışıq. Ona görə də dünyanın əksər ölkələrində hörmət və ehtiramla qarşılanırıq. “Biz Azərbaycanlı qardaşlarımızla həmrəyik. Bir millət, iki dövlət olaraq həmişə bir-birimizin yanındayıq. Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla işğal altında saxladığı Azərbaycan torpaqlarından dərhal çəkilməli və törətdiyi zülmün hesabını verməlidir. Türkiyə parlamentində bu sərgini açmaqda məqsədimiz ortaq acı və duyğularımızı bölüşməkdir”, - deyə İsmayıl Qəhrəman vurğulayıb.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim sərginin təşkilinə, ümumiyyətlə, ölkəmizə göstərdiyi hərtərəfli dəstəyə və həmrəyliyə, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması işində fəallığına görə Türkiyə dövlətinə, hökumətinə, parlamentinə və xalqına minnətdarlığını ifadə edib. Diplomat əminliklə bildirib ki, ölkələrimiz arasında tarixin sınağından üzüağ çıxan qardaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək.
Xocalı soyqırımının dəhşətlərindən danışan Səməd Seyidov diqqətə çatdırıb ki, bütün dünyadan “Xocalıya ədalət!” tələb edirik. Bütün şəhidlərimizə, o cümlədən Suriyanın Afrin bölgəsində aparılan antiterror əməliyyatlarında şəhid olan türkiyəli əsgərlərə Allahdan rəhmət diləyən Səməd Seyidov deyib ki, Türkiyə bu əməliyyatlarla öz gücünü terrorçulara göstərdi.
Xocalı soyqırımının insanlıq əleyhinə cinayət olduğunu deyən Necdet Unüvar bildirib ki, bəşəriyyət belə bir qətliamı yaşamamaq üçün ona lazımi qiymət verməlidir.
Tədbirdə digər çıxış edənlər erməni cəlladlarının vəhşiliklə qətlə yetirdikləri günahsız insanlara, o cümlədən tarixin bütün dövrlərində şəhadətə yüksələn soydaşlarımıza Allahdan rəhmət, xalqlarımıza səbr və mətinlik diləyiblər.
Qeyd edək ki, Türkiyənin Baş naziri Binəli Yıldırım və Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı da fevralın 27-də parlamentin qrup iclaslarında Xocalı soyqırımını şiddətlə qınayıblar.




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
“Kolokol Rossii”: Ermənistanın Paşinyan xəstəliyi
18.06.2018
Manvel Qriqoryanın əməlləri araşdırılmalıdır
16.06.2018
Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında parlamentlərin böyük rolu var
15.06.2018
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü barədə məlumatlandırılıb
15.06.2018
“Ölkənin sərhəd mühafizəsi ən müasir səviyyəyə qaldırılıb”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9422

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info