Yaşıllıqlar uşaqların beyninin inkişafına müsbət təsir göstərir
Tarix: 28.02.2018 | Saat: 11:53:00 | E-mail | Çapa göndər


Barselonada aparılan yeni tədqiqatlar göstərir ki, yaşıllıqlar uşaqların beyninin inkişafına müsbət təsir edir. Yaşıllıqlar sayəsində onlarda diqqət və işçi yaddaş yaxşılaşır.
“Zee News” saytı xəbər verir ki, tədqiqatda 253 məktəbli iştirak edib. Onlara maqnit-rezonans tomoqrafiyası edilib. Uşaqları, həmçinin diqqət və işçi yaddaşın yoxlanılması məqsədilə kompüter testindən keçiriblər. Müşahidə olunub ki, yaşıllıqlar əhatəsində yerləşən evlərdə yaşayan ibtidai sinif şagirdlərində beynin müəyyən hissələrində ağ və boz maddələr çoxdur.
Bu xüsusiyyətlərin inkişaf etmiş koqnitiv funksiyalara (yaddaş, diqqət, əsaslandırma, iradə, inam) aidiyyəti var idi. Yaşıllıqlar əhatəsində yaşayan uşaqlarda ağ və boz maddələrin həcminin maksimal artması onlarda işçi yaddaşın və diqqətsizlik dərəcəsinin azalması ilə bağlı idi.
Mütəxəssislərin sözlərinə görə, yaşıllıqlar psixika üçün faydalıdır. Onlar kreativliyin və təhqiqat fəaliyyətinin inkişafını stimullaşdırır. Həmçinin yaşıllıq çox olan ərazilərdə havanın çirklənməsi və səs-küy daha aşağı səviyyədədir ki, bu da bilavasitə uşaqların beyninə təsir edir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar
13.09.2018
Dayver köpək balığını hipnoz edib
13.09.2018
Banan yeməklə siqaret asılılığından xilas olmaq mümkündür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info