Qazaxın sərhəd kəndinə içməli su xətti çəkilib
Tarix: 28.02.2018 | Saat: 13:53:00 | E-mail | Çapa göndər


Qazax rayonunun sərhəd kəndi olan Kəmərliyə çəkilən içməli su xəttinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov bu münasibətlə keçirilən mərasimdə çıxış edərək kənd sakinlərini təbrik edib. R.Babaşov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsindən danışaraq, bu istiqamətdə Qazaxda da təqdirəlayiq işlərin görüldüyünü vurğulayıb. Bildirib ki, son illərdə rayonun Qazaxbəyli, Ürkməzli, Aslanbəyli, Ağköynək, Qarapapaq, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Quşçu Ayrım, Bala Cəfərli kəndlərinə içməli su xətti çəkilib.
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov çıxış edərək Prezidentin Sərəncamına əsasən çəkilmiş yeni su xəttinin kənd sakinlərinin içməli suya olan tələbatını tam ödəyəcəyini deyib.
Kənd sakinlərindən Rəhim Rəhimov, Minarə Rəhimova və başqaları Novruz bayramı ərəfəsində içməli su xəttinin çəkilməsinə görə minnətdarlıqlarını bildiriblər.
Açılış mərasimində “Azərsu” ASC Birləşmiş Su-Kanal MMC-nin direktoru Ramin Sadıqov da iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
07.12.2018
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
06.12.2018
45 nəfər əlilliyi olan şəxs Naxçıvandakı müalicə müəssisələrinə yola salınıb
06.12.2018
278 şəxs güzəştli mənzilə sahib olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info