Əmək müqavilələrinin imzalanmasında müsbət dinamika müşahidə edilir
Tarix: 28.02.2018 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Tikinti sahəsində əmək münasibətləri" mövzusunda təqdimat mərasimi keçirilib.Tədbiri giriş sözü ilə açan Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi şöbəsinin müdiri Fariz Cəfərov iştirakçıları salamlayaraq, "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" Azərbaycan Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli fərmanından irəli gələn məsələlərin icrası ilə bağlı görülən işlər barədə məlumat verib. F.Cəfərov bildirib ki, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədilə 2017-ci ilin sentyabr ayından bu günə kimi tikilməkdə olan çoxmənzilli yaşayış binalarında 43 səyyar monitorinq keçirilib.
Onun sözlərinə görə, ötən dövr ərzində əmək müqavilələrinin imzalanmasında müsbət dinamika müşahidə edilib. Belə ki, fərmanın imzalanmasından keçən 10 ay ərzində Bakı şəhərində çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən 33 min müqavilə imzalanaraq əmək müqavilələrinin elektron bildirişi sistemində qeydiyyata alınıb. Bununla yanaşı, nöqsanların da olduğu vurğulanaraq aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlərin aidiyyəti dövlət orqanına göndərilməsi barədə məlumat verilib.
Daha sonra "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin 9 oktyabr 2017-ci il tarixli 3287 nömrəli sərəncamından irəli gələn məsələlərin icrası ilə bağlı görülmüş işlər barədə məlumat verilib.
Qeyd edilib ki, bu formatda ilk görüş 2017-ci ilin 20 iyununda sahibkarların iştirakı ilə təşkil edilib. Bu tədbirin keçirilməsində əsas məqsəd qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkilini həyata keçirməkdir. Həmçinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəftndən tikinti fəaliyyəti subyektlərinə ətraflı məlumatın verilməsi, qarşılıqlı əməkdaşlığın təşkili, monitorinq sisteminin fəaliyyəti barədə məlumatlandırmanın təmin edilməsi əsas istiqamətlərdəndir.
Daha sonra F.Cəfərov mərkəzin yeni internet saytını təqdim edərək, şirkətlər və əməkdaşlar üçün saytın imkanlarından bəhs edib. Monitorinqlərin keçirilməsi zamanı tikinti şirkətlərinin fəaliyyətlərində rast gəlinən nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr təqdim edilib.
Tədbir qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info