“Bakcell” şirkəti Novruz bayramı münasibətilə hədiyyə kampaniyasına başlayır
Tarix: 28.02.2018 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Azərbaycan xalqının ən sevimli bayramlarından biri olan Novruz bayramı münasibətilə hədiyyə kampaniyasına başlayır. Şirkət hər il olduğu kimi bu il də öz abunəçilərini Novruz bayramında bol-bol hədiyyələrlə sevindirir.
Şirkətdən bildirilib ki, “Bakcell” bu münasibətlə öz abunəçilərinə pulsuz dəqiqə, SMS və meqabaytlar təqdim edəcək. Abunəçilər hər dəfə nömrənin balansını artırdıqda şirkətdən müxtəlif hədiyyələr alacaq.
Qonşunun qapısına papaq atıb bayram şirniyyatı payını almaq ən sevimli Novruz adət-ənənələrindən biridir ki, həmin gözəl ənənəyə sadiq qalan “Bakcell” öz abunəçilərini qapısına virtual papaq atıb pulsuz dəqiqələr, SMS və meqabaytlar qismində Novruz hədiyyələrini almağa dəvət edir. Belə ki, Novruz bayramı ərəfəsində nömrənin balansını ən azı 2 AZN məbləğində artıran hər bir əvvəlcədən ödənişli (prepaid) “Bakcell” abunəçisini gözəl təsadüfi hədiyyə gözləyir.
Martın 31-dək davam edəcək hədiyyə kampaniyasına qoşulmaq olduqca asandır. Bunun üçün sadəcə “papaq” sözünü yazıb pulsuz SMS vasitəsilə 7777 nömrəsinə göndərmək kifayətdir. Kampaniyaya qoşulandan sonra abunəçi balansına hər dəfə ən azı 2 AZN məbləğində vəsait yüklədikdə “Bakcell”dən təsadüfi hədiyyə alacaq. Bu misilsiz hədiyyə kampaniyası çərçivəsində abunəçilər 100-ə qədər pulsuz şəbəkədaxili zəng dəqiqəsi, 100-dək pulsuz ölkədaxili SMS və hətta 500 meqabaytadək pulsuz internet paketi və digər gözəl hədiyyələr qazana biləcəklər.
Qeyd edək ki, kampaniya ərzində balans artımı və hədiyyələrin sayına görə heç bir məhdudiyyət yoxdur. Kampaniyada yalnız əvvəlcədən ödənişli (prepaid) “Bakcell” tariflərinin abunəçiləri iştirak edə bilər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
07.12.2018
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
06.12.2018
45 nəfər əlilliyi olan şəxs Naxçıvandakı müalicə müəssisələrinə yola salınıb
06.12.2018
278 şəxs güzəştli mənzilə sahib olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info