Sumqayıtda erməni yalanları və vəhşiliklərinə dair tədbir keçirilib
Tarix: 28.02.2018 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


1988-ci  il  fevralın 27-29-da Sumqayıt hadisələrində zərərçəkən ermənilərin əksəriyyəti “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, “Krunk” cəmiyyətinə pul köçürən ermənilərin evləri hücuma məruz qalmayıb. Bu isə Sumqayıt hadisələrinin məhz ermənilərin özləri tərəfindən məqsədli şəkildə törədildiyinə sübutdur.
Bu faktlar Sumqayıtda 1988-ci  ilin  fevral hadisələrinə həsr  edilən “dəyirmi  masa”da səsləndirilib.
Şəhərin Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə  hadisələri  tədqiq  edən  tarixçi-alimlərlə yanaşı, fəal sumqayıtlı gənclər  də  iştirak edib. 
İcra hakimiyyəti başçısının müavini Teymur Səmədov çıxış edərək bildirib ki, Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi. Tarixin müxtəlif dövrlərində Ermənistanın terrorçu təşkilatları Azərbaycan əhalisinə qarşı daim təxribatlar törədib. Sumqayıt hadisələri də həmin təxribatlardan biridir.
Əməkdar Jurnalist, Sumqayıt hadisələrinin tədqiqatçısı Eyruz Məmmədov qeyd edib ki, həmin hadisələrin fəal iştirakçılarından biri dəfələrlə məhkum edilmiş Eduard Qriqoryan adlı Sumqayıt şəhər sakini olub. Milliyyətcə erməni olan E.Qriqoryan ətrafında adamları cəmləşdirib onlara rəhbərlik edərək, “ermənilərə ölüm”, “ardımca” və sair çağırışlarla əvvəlcədən hazırlanmış siyahıya əsasən şəhərin erməni sakinlərinin evlərinə hücumlar həyata keçirib.
Eyruz Məmmədov bu hadisələrin mahiyyətinin dünya ölkələrinə çatdırılması üçün müxtəlif dillərdə kitabların nəşr edildiyini qeyd edib.
Sumqayıt Dövlət Universitetinin prorektoru, bu hadisələr barədə bir neçə kitabın müəllifi Ramazan Məmmədov çıxışında diqqəti həmin dövrdə “Krunk” erməni cəmiyyətinin fəaliyyətinə yönəldib. Bildirib ki, “Krunk” cəmiyyətinə pul köçürməyən ermənilərin evlərinin hücuma məruz qalması hadisələrin məqsədli şəkildə törədildiyini göstərir.
Çıxış  edən  gənclər erməni yalanlarına qarşı  informasiya  müharibəsində hüquqi sənədlərdən  geniş  istifadə olunmasının vacibliyini diqqətə çatdırıblar. Vurğulanıb ki, cinayətin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması, qaranlıq qalan məqamların araşdırılması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işi təkrar icraata götürülüb və bu xüsusda istintaq hərəkətləri davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info