Makedoniya Prezidenti Bakıya gələcək
Tarix: 28.02.2018 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Makedoniya Respublikasının Prezidenti George İvanov mart ayında Azərbaycana səfər edəcək. Səfərin məqsədi martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak etməkdir. G.İvanovun forum çərçivəsində Çinin siyasətinə həsr olunan panel müzakirələrdə çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda Albaniya Respublikasının Prezidenti Ilir Meta, Monteneqro Prezidenti Filip Vuyanoviç, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlut Çavuşoğlu və digər dövlətlərin indiki və keçmiş prezidentləri, hökumət başçıları iştirak edəcək. Forumun işində ümumilikdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri də daxil olmaqla 500 nəfərə yaxın qonağın iştirakı gözlənilir.
Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Rusiya və Azərbaycan rouminq tariflərinin azaldılması barədə razılığa gəliblər
08.12.2018
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub
07.12.2018
Müxalifətin birlik problemi
07.12.2018
Aleksandr Vuçiç: “Serbiya Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verir”
07.12.2018
Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info