Transatlantik həmrəylik dövrü başa çatır: Brüsseldən Vaşinqtona qarşı sərt çıxış
Tarix: 28.02.2018 | Saat: 19:45:00 | E-mail | Çapa göndər
Avropa İttifaqının ABŞ-dakı səfiri: “Avropa İttifaqı ABŞ-ın İrana sanksiya tətbiq etmə planını sabotaj edəcək”

Səfir Devid Osilivan açıq şəkildə deyib ki, Amerika hərbi dairələrinin pul qazanmaq istəyi və Tramp və sponsorlarının siyasi ambisiyaları Avropa İttifaqı üçün “ciddi səbəb” deyil


Bu həftənin əvvəlində baş verən hadisə Avropa İttifaqı ilə ABŞ arasında yaranan ziddiyyətin daha da ciddiləşməsinə işarədir. Belə ki, Avropa İttifaqının ABŞ-dakı səfiri qəflətən bəyanat verərək ABŞ dövlət başçısı Donald Trampın siyasətini tənqid edib və Birləşmiş Ştatları ticarət prinsiplərini pozmaqda ittiham edib. Səfir bir qədər də uzağa gedərək bəyan edib ki, belə davam edərsə, Avropa İttifaqı ABŞ-ın İrana sanksiya tətbiq etmə planını sabotaj edəcək. Gözlənilməz gedişdir. Amma səfirin bu demarşı Brüssel və Berlinin razılığı ilə etdiyi şübhəsizidir. Deməli, həlledici beynəlxalq məsələlərdə transatlantik həmrəylik dövrü başa çatır. “RİA Novosti” yazır ki, təxminən eyni vaxtda Rusiya xarici işlər naziri Lavrovun da ABŞ-ın İran siyasətini tənqid etməsi ortaya paradoksal vəziyyət çıxarır: Avropa İttifaqı strateji vacib istiqamət üzrə ABŞ-a qarşı eyni cəbhədən çıxış edirlər. Devid Osilivan “Blumberq” agentliyinin ofisində ABŞ media orqanları üçün brifinq keçirərək Avropa İttifaqının nəyə görə Trampın İranla bağlı sazişi pozmasına qarşı olduğunu izah etməyə çalışıb. Ekspertlər bildirir ki, Obamanın imzaladığı sazişə qarşı olan Tramp administrasiyası kompromis variant təklifi etmir. Əkinə elə tələblər ortaya qoyur ki, bu, İranın iqtisadi baxımdan çökməsi və sonda böyük müharibə ilə nəticələnə bilər. Amerika siyasi elitasının bir hissəsi İrana qarşı hərbi variantı ciddi şəkildə dəstəkləyir. Avropa İttifaqının səfəri brifinqdə deyib ki, Brüssel İrana qarşı təkrar sanksiyalara qarşıdır: “Bu variant işləməyəcək. Biz sanksiyaları qaldırmışıq və bu, razılaşmanın bir hissəsidir. İndi biz təmiz vicdanla heç bir ciddi səbəb olmadan sanksiya tətbiq edə bilmərik”. Səfir bununla açıq şəkildə deyib ki, Amerika hərbi dairələrinin pul qazanmaq istəyi və Tramp və sponsorlarının siyasi ambisiyaları Avropa İttifaqı üçün “ciddi səbəb” deyil. Təxminən eyni vaxtda Rusiyanın xarici işlər naziri Lavrov da Fransa xarici siyasət idarəsinin rəhbəri ilə birlikdə keçirdiyi brifinqdə bildirib ki, İranla bağlı razılaşmaya əməl edilməlidir. Hansısa məsələ ilə bağlı fikir yaranıbsa, onu konsensus əsasında müzakirə etmək lazımdır, ultimatumla yox.

Beləliklə, bundan sonra Ağ Evin 3 çıxış yolu var:
Birinci yol odur ki, Vaşinqton Brüssel, Paris və Berlinə ciddi şəkildə təzyiqlər etməlidir ki, onların İranla bağlı mövqeyini dəyişdirsin. Bunun üçün İranla işləyən Avropa şirkətlərinə sanksiya tətbiq edilməsi şantajından istifadə etmək olar. Avropa İttifaqının İran iqtisadiyyatına investisiya yatırmaqla gəlir əldə etmək niyyətindən də istifadə etmək olar. Avropa transatlantik birlik idealını bir kənara qoyaraq prosesə fərqli yanaşır: Avropa şirkətlərinə qarşı sanksiyalardan da çəkinmir, əksinə özü Vaşinqtonu cavab addımları ilə hədələyir. Səfir Osilivan brifinqə deyib: “ABŞ-ın müəyyən dairələrində belə bir mif var ki, guya biz ancaq İranla ticarətdə maraqlıyıq və bir neçə təyyarə və ya maşına görə hər şeyimizi satmağa hazırıq. Məsələn, necə ki, “Boinq” edir”. Avropa İttifaqının səfəri bununla da ABŞ şirkətinin İrana 20 milyard dollarlıq təyyarə satmaq niyyətinə işarə vurub. “Biz bir neçə müqaviləyə görə prinsiplərimizi satmaqla məşğul deyilik” - deyə səfir bildirib.
İkinci variant sanksiya tətbiq edilməsi və ABŞ-ın Rusiya, Avropa İttifaqı və Çinin narazılığına rəğmən birtərəfli şəkildə İranla balı sazişdən çıxmasıdır. Belə olan halda ABŞ-ın təkbaşına sanksiyaları İrana o qədər də ziyan vurmayacaq. Belə olan halda İran yeni texnologiyaları Amerika sanksiyalarını dəstəkləməyən Avropa şirkətlərindən əldə edəcək. İranla əməkdaşlıq edən Avropa şirkətlərinə sanksiya tətbiq etmək planı da özünü doğrultmayacaq. Çünki Avropa şirkətləri bu məsələdə sərt mövqe ortaya qoyaraq cavab tədbirləri ilə hədələyir. Problemi hərbi müstəviyə keçirmək ciddi risk daşıyır. Avropa İttifaqı bu məsələdən istifadə edərək ABŞ-dan olan hərbi asılılığını azaldacaq. Onsuz da Avropa özünün müstəqil hərbi strukturlarını yaratmağa başlayıb. Vaşinqton və Londonda bu strukturu “NATO-ya Avropa alternativ” adlandırırlar.
Ən rasional variant üçüncü variant hesab edilə bilər – İranla bağlı məsələni diplomatik müstəvidə həll etmək. Bu variant isə Tramp administrasiyası üçün iki aspektə görə sərfəli deyil:
1) Sanksiyalardan və güc variantından imtina zəiflik kimi qəbul ediləcək.
2) Diplomatik təmkinli davranış ABŞ-ın bölgədəki bəzi müttəfiqləri tərəfindən satqınlıq kimi qəbul ediləcək. Həmin dövlətlər regional hökmranlıq üçün İrana qarşı müharibəni özlərinin son şansı hesab edirlər. Bu qədər maraq qruplarının olmasını nəzərə aldıqda “satqınlıq” pis nəticə verə bilər.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
Merkel Ağ Ev qarşısında geri çəkilir: “Avropa şirkətləri İrandan getməli olacaq“
24.05.2018
ABŞ dövlət katibi erməniləri məyus edib
24.05.2018
Türkiyədə Azərbaycan günü keçirilib
24.05.2018
Norveçdəki soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
24.05.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi İsveçrədə qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9306

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info