Uşaqlarda boyatmanı sürətləndirir, artıq çəkidən azad edir...
Tarix: 01.03.2018 | Saat: 03:09:00 | E-mail | Çapa göndər


Yerkökü ən faydalı tərəvəzlərdən sayılır. Hələ eramızdan əvvəl III əsrdə onun əkilib-becərilməsinə dair məlumatlar var.
Antik tibbin atası hesab olunan Hippokratın və Şərqin məşhur təbibi İbn Sinanın əlyazmalarında da bitki haqqında məlumatlara rast gəlmək mümkündür.
Qədim zamanlarda istifadə edilən yerkökü sarı, ağ və bənövşəyi rəngdə olub. Ondan daha çox ətirli yarpaqları və toxumlarına görə istifadə edilib. Sonralar Hollandiyada mədəni sortların seleksiyası zamanı əldə edilən narıncı rəngli yerkökü daha şirin və yeməli olduğundan geniş şəkildə becərilməyə başlanılıb.
Azertag.az xəbər verir ki, tərəvəzə narıncı rəng verən beta-karotin vaxtından qabaq qocalmanın qarşısını alır, immun sistemini möhkəmləndirir və orqanizmə müsbət təsir göstərir. Beta-karotin tərkibinə görə yalnız şirin bibərdən geri qalan yerkökü dadına görə onu qat-qat üstələyir.
Artıq çəkinin qarşısını almaqda vacib rol oynayan yod və sellüloza yerkökünün tərkibində çoxluq təşkil edir. Yerkökü ilə qidalanmazdan əvvəl səliqə ilə yuyub xüsusi bıçaqla təmizləmək lazımdır. Bitkinin üst qatında faydalı maddələr toplandığına görə onun qabığını nazik soyanda həmin maddələr itkiyə getmir. Cavan yerkökünü soymadan, axar su altında şotka ilə tərtəmiz yuyandan sonra istifadə etmək daha yaxşıdır.
Boy və iştahaartırıcı təsirlərinə görə yerkökü uşaqların qidalanmasında əhəmiyyətli rol oynayır. Tərkibində 12 faiz şəkər olduğuna görə yerkökü meyvələri şirin dada malikdir, buna baxmayaraq şəkərli diabet zamanı da istifadə edilir. Lakin onun şirəsini içməkdənsə çiy halda yemək daha faydalıdır, çünki çiy halda bitki lifləri şəkərin sorulmasını zəiflədir. Minerallar və vitaminlərlə zəngin olduğuna görə yerkökü şirəsi süd verən analarda südün gündəlik miqdarını artırır, onun keyfiyyətini yaxşılaşdırır.
Həddindən artıq istifadə ediləndə yağda həll olan karotin maddəsi dərialtı piy qatında toplanaraq dərinin rəngini saralda bilər. Qaraciyər xəstəliyindən fərqli olaraq bu zaman gözün ağlı qişası saralmır və qanda bilirubinin miqdarı normal olur. Həmin vaxt yerkökündən istifadə edilməsini azaltmaq və bir müddət dayandırmaq lazımdır.

Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Sosis, kolbasa və palma yağı…
21.09.2019
Peyğəmbərimizin sağlamlıq üçün tövsiyə etdiyi möcüzəvi çəmən otu
20.09.2019
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu beynəlxalq konfransda çıxış edib
19.09.2019
Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər
18.09.2019
Şəkərdən xərçəngə minbir dərdin dərmanı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info