Avropa Parlamentindəki erməni təbliğat maşınına daha bir zərbə
Tarix: 01.03.2018 | Saat: 12:52:00 | E-mail | Çapa göndər


Azərbaycanlı gənclər fevralın 28-də Avropa Parlamentinin (AP) binasında keçirilən bir digər erməni tədbirinə müdaxilə edərək, düşmənin təbliğat məqsədlərini bir daha puça çıxarıblar.

İşğal edilmiş ərazilərimizə qanunsuz səfər etdiyinə görə Azərbaycan tərəfindən axtarışa verilmiş AP üzvlərinin ev sahibliyi və Brüsseldəki erməni lobbi təşkilatlarının dəstəyi ilə Dağlıq Qarabağa dair Avropa Parlamentinin binasında propaqanda tədbirinin keçirilməsi planlaşdırılıb. Qeyd edək ki, bu AP üzvləri, həmçinin Avropa Parlamentində fəaliyyət göstərən Aİ-Ermənistan dostluq qrupunun rəhbərliyində yer alırlar.

Lakin tədbirə qoşulan Azərbaycanlı gənclər çıxışlar yekunlaşan kimi söz alıblar və verdikləri suallarla ermənipərəst çıxışçıları çətin vəziyyətdə qoyublar.
İşğal olunmuş ərazilərdən olan gənclər açıq şəkildə erməni lobbisinin beynəlxalq ictimaiyyəti aldatmağa cəhd etdiyini və bilərəkdən yalnız ermənilərin münaqişədən əziyyət çəkən tərəf kimi təbliğ etdiyini diqqətə çatdırıblar. Məcburi köçkün həyatının çətinliklərindən danışan gənclər tədbirin əvvəlində Sumqayıt hadisələrinə görə bir dəqiqəlik sükut elan edən (milliyətcə erməni qadınla evli olan) Frank Engelə müraciət edərək, eyni yanaşmanı Xocalı qurbanlarına da nümayiş etdirilməsini tələb ediblər.
Bu gözlənilməz sual qarşısında duruxan F.Engel bir dəqiqəlik sükutun bütün Qarabağ münaqişəsi qurbanlarına həsr edildiyini deyib və tədbir zalını tərk edib.
Tədbir zamanı, həmçinin təşkilatçılar bu propaqanda tədbirinə çoxsaylı dəvətlər göndərilməsinə baxmayaraq, Avropa İttifaqının qurumlarının nümayəndələrinin qoşulmamasından açıq şəkildə narazılıq bildiriblər.
Beləliklə, Azərbaycan gəncləri bir daha sayıqlıq göstərərək erməni diasporunun Avropa Parlamentinin binasında planlaşdırılan propaqanda fəaliyyətinə daha bir zərbə vurublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb
19.03.2019
Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir
18.03.2019
Senator Kirsten Cillibrand 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info