Yəhudi və Azərbaycan xalqı həm çətin, həm də xoş gündə bir-birinə dəstək veriblər
Tarix: 01.03.2018 | Saat: 11:23:00 | E-mail | Çapa göndər


Bakı ilə qardaşlaşmış Hyuston şəhərində Azərbaycan icması, ölkəmizin ABŞ-dakı səfirliyi, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) və ABŞ Konqresi nümayəndələri Hyustonda yəhudi icmasının ən böyük dini məbədi - Bet Yeşurun sinaqoquna baş çəkib və ötən il Harvi qasırğası nəticəsində zərər görmüş bu məkanda aparılan bərpa işləri ilə tanış olublar.
Azərbaycan nümayəndə heyətini Bet Yeşurun sinaqoqunun rəhbərliyi, Amerika Yəhudu Komitəsinin Hyustondakı direktoru və digər yerli yəhudi icmasının tanınmış üzvləri qarşılayıb.
Bu məqsədlə təşkil edilmiş tədbirdə Azərbaycan və yəhudi xalqları arasında dostluq ənənələrinə uyğun olaraq, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Hyustonda Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İradə Axundova bu sinaqoqun bərpasına maddi yardım təqdim edib və Azərbaycanın hər zaman dostlarının yanında olduğunu vurğulayıb.
Maddi yardıma görə dərin təşəkkürünü bildirən ravvin David Rozen antisemitizmin heç zaman olmadığı Azərbaycanın zəngin multikulturalizm ənənələrini təqdir edib, Azərbaycanın ABŞ və İsrailin yaxın tərəfdaşı olmasına görə təşəkkür edib.
Bu fikirlərlə həmrəy olan ölkəmizin ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov yəhudi icmasının Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olduğunu, hər iki xalqın həm çətin, həm də xoş gündə bir-birinə dəstək verdiyini qeyd edib. İsraildə fəaliyyət göstərən AZİZ təşkilatının rəhbəri Lev Spivak Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri, İsrail-Azərbaycan dostluğunun möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Azərbaycan və yəhudi icmasının nümayəndələri digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
 Tural




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
Yaponiya hökuməti immiqrasiya qanununa dəyişikliklər edəcək
17.06.2018
Yunanıstan müxalifəti Tsipras hökumətinı istefaya göndərə bilməyib
15.06.2018
Rusiya ABŞ Donanmasını “batırmaqla“ təhdid edir
14.06.2018
Türkiyə-Rusiya-ABŞ üçbucağı: S-400-ə qarşı F-35
14.06.2018
Ərdoğan: “TANAP-ın açılışı Türkiyəni regionda daha güclü dövlətə çevirəcək”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9422

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info