Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda “Azərbaycan Mədəniyyət günü” keçirilib
Tarix: 01.03.2018 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti
Mərkəzinin açılışı olub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda “Azərbaycan mədəniyyət günü” keçirilib və bununla əlaqədar bütöv bir gün Azərbaycan mədəniyyətinə həsr olunub.
Öncə İnstitutda Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin adını daşıyan Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin açılış lenti kəsilib.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yaradılan zal ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, incəsənətinə dair çoxsaylı kitablar, disklər, not nəşrləri, bədii filmlər, milli geyimlər və milli musiqi alətlərimiz hədiyyə edilib.
Azərbaycan mədəniyədinə dair suvenirlər, rəsmlər, habelə tanınmış musiqiçilərimizin portretləri, dahi bəstəkar Qara Qarayevin yaradıcılığına dair banerlər zalda yerləşdirilib.
Qonaqlara məlumat verilib ki, Mərkəz qardaş ölkədə Azərbaycan mədəniyyətini, musiqi sənətini geniş təbliğ edəcək və xalqlarımız arasında dostluq körpüsü rolunu oynayacaqdır. Qeyd edək ki, Mərkəzdə mədəniyyətin müxtəlif sahələrinə dair açıq dərslər keçiriləcək, tələbələr üçün Azərbaycan bədii filmləri, milli mədəniyyətimiz, musiqimizə dair görüşlər və tədbirlər keçiriləcəkdir.
“Azərbaycan mədəniyyət günü” çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Sənət və Mədəniyyət İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalandı. Memoranduma əsasən tərəflər mədəniyyətin müxtəlif sahələrinə dair əməkdaşlıq edəcək, ölkələr arasında təcrübə mübadiləsini həyata keçirəcəklər.
Daha sonra İnstitutun zalında “Azərbaycan mədəniyyət günü”nün rəsmi açılışı oldu.
İnstitutun prorektoru, professor Davlat Mullacanov Şərqin ən zəngin mədəniyyətinə malik dost Azərbaycan xalqının mədəniyyəti ilə yaxından tanış olmaq imkanını yaratdığı üçün Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib. O, İnstitutlarında ilk hadisədir ki, xarici bir məmələkətin mədəniyyət günü keçirildiyini və zəngin Azərbaycan mədəniyyətini özündə əks etdirən Mərkəzin açılışının iki ölkə arasında mədəni əlaqələr istiqamətində yeni imkanlar açacağını bildirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək “Azərbaycan mədəniyyət günü” tədbirlərinin qardaş ölkənin Daşkənd və Səmərqənd şəhərlərində dəfələrlə keçirildiyini və əsas məqsədin milli mədəniyyətimizin təbliğ olduğunu qeyd edib. Samir Abbasov son zamanlar Azərbaycanın böyük uğurlar əldə etdiyini, uğurlu siyasəti nəticəsində hər bir sahədə olduğu kimi, mədəniyyət, turizm sahəsində də ölkəmizin intibah dövrünü yaşadığını qeyd etdi. O, Bakının mədəni həyatının olduqca zəngin olduğunu, gün ərzində mədəniyyət sahəsində çoxsaylı və olduqca rəngarəng tədbirlərin keçirildiyini, Azərbaycanın mədəniyyətlər və sivilizasiyalar arasında dialoq məkanına çevrildiyini vurğulayıb. O, erməni işğalı nəticəsində Azərbaycan mədəniyyətinə dəyən ziyan, milli mədəni irsimizin dağıdılması haqqında məlumat verib.
Daha sonra diplomat iki ölkə arasında elmi-mədəni əlaqələrin inkişafında xidmətlərinə görə İnstitutun rektoru, professor İbrahim Yuldaşova Mədəniyyət Mərkəzinin Fəxri diplomunu və öz unikallığı ilə seçilən Azərbaycan xalça sənətini özündə əks etdirən “İrəvan xalçaları” kitabını hədiyyə edib.
Tədbirdə Azərbaycan-Özbəkistan dostluğuna dair klip, milli mədəni irsimiz, habelə Azərbaycanın Qarabağ bölgəsində və digər işğal olunmuş torpaqlarında tarixi abidələrə dair sənədli film nümayiş etdirilib.
Bədii hissədə Özbəkistanın Mədəniyyət və Sənət İnstitutunun tələbələri Azərbaycanın Qarabağ diyarının milli geyimlərini nümayiş etdirilib. Qeyd edək ki, Qarabağ şikəstəsinin sədaları altında nümayiş etdirilən geyimlər Azərbaycan Mədəniyyət Mərkəzinin kolleksiyasına aiddir.
Tədbirdə “Arşın mal alan” əsərindən səhnələr nümayiş etdirilib, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” və oğlanlardan ibarət “Süvari” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər. Çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda Azərbaycan Milli Kitabxanası tərəfindən Özbəkistan Sənət və Mədəniyyət İnstitutuna göndərilən kitablar İnstitutun kitabxanasına təqdim edilib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək
10.12.2018
Azərbaycan ifaçısı Riqa musiqi festivalının Qran-pri mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info