Bəstəkar Cahangir Cahangirovun xatirəsi yad edilib
Tarix: 01.03.2018 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Konservatoriyasında görkəmli bəstəkar, Xalq Artisti Cahangir Cahangirovun xatirəsinə həsr edilmiş klassik musiqi gecəsi keçirilib.
Konservatoriyadan AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi qeyd edib ki, C.Cahangirov adı hər musiqiçi üçün çox əzizdir, onun musiqisi insanın qanına işləyən musiqidir. O, böyük bəstəkar Üzeyir Hacıbəylinin əsl davamçılarındandır və dünya var olduqca Cahangirov musiqisi daim yaşayacaqdır.
Mərasimdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova, İctimai Televiziyanın baş direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev çıxış edərək bəstəkarın yaradıcılığından danışıb, onun xüsusilə Azərbaycan kinosuna bəxş etdiyi bənzərsiz əsərlərindən söhbət açıblar.
Tədbirdə tanınmış incəsənət xadimlərinin ifasında bəstəkarın repertuarından sevilən mahnılar və filmlər üçün yazdığı musiqilər səsləndirilib, həmçinin ekran əsərləri nümayiş olunub.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək
10.12.2018
Azərbaycan ifaçısı Riqa musiqi festivalının Qran-pri mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info