“İndi gənclərin perspektivləri daha çox qiymətləndirilir”
Tarix: 01.03.2018 | Saat: 17:24:00 | E-mail | Çapa göndər
Əfsanə Şükürova: “Azərbaycan gənci aprel savaşında nə dərəcədə vətənpərvər olduğunu, beynəlxalq yarışlarda könüllü kimi necə fədakar və bacarıqlı olduğunu, idman yarışlarında medal sayını ilbəil artırmaqla isə necə bir sağlam gəncliyin formalaşdığını sübut etdi”

Müsahibimiz “İRƏLİ” İctimai Birliyinin mətbuat katibi Əfsanə Şükürovadır. Adı birincilər sırasında hallanan bu təşkilatın fəaliyyəti, gənclərə göstərilən dövlət dəstəyi və digər məsələlərlə bağlı olan müsahibəni oxuculara təqdim edirik:
-Müsahibəyə ilk olaraq belə bir sualla başlayaq: Azərbaycan gəncliyini necə xarakterizə edərdiniz?
- Ölkəmizdə həyata keçirilən gənclər siyasəti daim öz bəhrəsini verir. Əslində, bu siyasətin uzun illərə söykənən möhkəm təməl prinsipləri mövcuddur. Hələ ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə Azərbaycan gəncliyinə daim böyük diqqət yetirilib. Onun zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu öndər hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan gənclərinin müasir tələblərə cavab verən, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşması üçün çalışıb. Bu gün də təməli Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti uğurla davam etdirilir. Bu mənada Azərbaycan gəncliyini inkişaf edən, intellektual, ölkədə yaradılan münbit şəraitdən tam yararlanan bir qüvvə kimi xarakterizə edərdim. Gənclərimiz beynəlxalq tədbirlərin əsas özəyi olurlar. Elə təkcə kütləvi tədbirlərdə, beynəlxalq yarışlarda əsas özək olan könüllülər ordusunun fəaliyyətini qeyd etmək kifayətdir ki, gənclərin Azərbaycan üçün nə demək olduğunu tamlıqla anlayasan. Qısası, Azərbaycanda gənclər siyasətini gənclərimiz də tam gücləri ilə dəstəkləyirlər.
- Yola saldığımız ili təşkilatınız üçün uğurlu il saymaq olarmı?
-Bildiyiniz kimi, “İRƏLİ” İctimai Birliyi dekabrın 23-də 9 illik hesabat konfransı keçirdi. Ötən ilə nəzər salsaq, geridə qoyduğumuz 1 ildə həyata keçirilən böyük layihələrdən danışa, həmçinin 2016-2017-ci il ərzində fəaliyyətə başlayan “ireli.az” saytını da qeyd edə bilərik. Sayt ingilis və rus dillərində də yayımlanır. Gənclərin inkişafı üçün dil kursları da həyata keçirdik ki, buna da böyük tələbat hiss olundu. Təbii ki, bunlarla kifayətlənmədik. Müxtəlif katibliklər istiqamətində təcrübə proqramları da elan etdik və 50-dən çox gənc bu təcrübə proqramlarında iştirak etdi. Təşkilat SAY hərəkatı adı altında geniştərkibli layihələr həyata keçirdi. Bundan başqa, Gənc Əkinçi Akademiyasının 2-ci mövsümü, Azərbaycanın İntellektual Birincisi adlı layihəmizin də 2-ci mövsümü baş tutdu və biz bu il AİB layihəsində 11 regional turnir keçirdik. İslam Həmrəyliyi Oyunlarına dəstək istiqamətində Gənclər Kuboku layihəmizi də xüsusilə qeyd etmək istərdim. Gənclər Kuboku layihəmizin rəsmi saytı da oldu. Gənclərin simulyasiya akademiyası, SAY:Support of youth hərəkatı adı altında SAY: Solidarity layihəmiz baş tutdu. Bir sıra beynəlxalq tədbirlərimizdə gənclərimiz iştirak etdi və Azərbaycanı layiqincə təmsil etdilər. Biz təşkilat olaraq bununla kifayətlənmədik. Təşkilatın sədri MirHəsən Seyidov gənclərin təşəbbüslərini nəzərə alaraq fərdi layihələrə də dəstək olmağa çalışdı. Ötən il üzvlərimizin də sayı artdı. Bundan başqa, media ilə yeni əməkdaşlıqlar quruldu. Mətbuatda ən çox xəbəri yayımlanan təşkilatlar sırasında ilklərdən olduq. Həmçinin “Milli.net” mükafatına layiq görüldük. İrili-xırdalı onlarla səmərəli fəaliyyətimiz və uğurlarımız oldu ki, bu da kollektiv işin, düzgün qurulmuş idarəçiliyin və təbii ki, sədrimizin gərgin əməyi sayəsində ərsəyə gəldi. Statistika olaraq qeyd edim ki, 6 geniştərkibli layihə, 5255 gəncin müraciəti, 2628 iştirakçı, 80 nəfər isə regiondan iştirakçılarımız, həmçinin 16 müxtəlif layihə, 10 müxtəlif ölkə, 110 gəncimiz beynəlxalq layihədə iştirak etdi. Qeyd etdiyim kimi, gənclərin təşəbbüsü ilə 305 gəncin cəlb olunduğu 7 layihə həyata keçirildi. Ölkədə baş tutan ictimai tədbirlərdə MirHəsən Seyidov və “İRƏLİ” komandası yaxından iştirak etdi. “İRƏLİ” İctimai Birliyi tərəfdaşlarının sayını hər il daha da artırır. Biz son 2 il ərzində sayı 37-yə çatdırdıq. Tərəfdaşlıq etdiyimiz qurumlarla daimi olaraq əlaqə saxlayırıq. Onu da qeyd edim ki, İradio.az-gənclərin radiosu 2015-ci il 2 fevral tarixindən fəaliyyətə başlayıb. Təcrübə proqramları təşkil edib. 2017-ci il ərzində 8 müxtəlif veriliş fəaliyyət göstərib.
“İRƏLİ” İctimai Birliyi olaraq bütün qərarlarımızı, məqsədlərimizi və fəaliyyətlərimizi gənclərin maraq dairələrinə uyğun olaraq istiqamətləndirmişik.
- Doğrudan da, yola saldığımız ildə kifayət qədər aktiv fəaliyyət göstərmisiniz. Bəs 2018-ci ildə də eyni fəallığı gözləyirsinizmi?
-"İRƏLİ" İctimai Birliyi hər bir fəaliyyətini müəyyənləşdirdiyi 7 istiqamət üzrə həyata keçirir: dövlət gənclər siyasətinin inkişafında yaxından iştirak etmək və gənclərin dinamik inkişafındakı rolunu daha da inkişaf etdirmək, gənclərin müasir düşüncə tərzinin formalaşması, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında gənclərin təmsil olunması, gənclərin ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsi, azərbaycançılıq, dövlətçilik dəyərlərinin qorunması, beynəlxalq platformalarda ölkənin ictimai və siyasi maraqlarının qorunması, mədəni və tarixi irsin təbliğ olunması, beynəlxalq rəqabətə davamlı gənclik. Məhz bütün bunlar “İRƏLİ” İctimai Birliyinin əsas prioritet istiqamətidir. Bu mənada bu əsas istiqamətləri, hər il olduğu kimi, bu il də prioritet hesab edib, işimizi bu istiqamətlərdə quracağıq. 2018-ci ildə biz “İRƏLİ” İctimai Birliyi tərəfindən Azərbaycanda ilk dəfə yay-qış məktəbləri ideyası, daha sonra isə Gənc Əkinçi Akademiyası olaraq fəaliyyət göstərən akademiyanın növbəti mövsümünü həyata keçirməyi planlaşdırırıq. Qeyd edim ki, Gənc Əkinçi layihə halından proqram halına keçib. “Azərbaycanın intellektual BİRincisi” layihəsinin də növbəti mövsümü baş tutacaq. Bu, “İRƏLİ” İctimai Birliyinin geniştərkibli layihələrindəndir. Bununla bağlı biz ötən mövsüm Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 11 regional turnir keçirdik. Virtual Məkanda Azərbaycan layihəmiz də var. Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi, incəsənətinin istər ölkədaxili, istərsə də beynəlxalq sferada geniş oxucu kütləsinə sahib olaraq dünyaya çatdırılması bu layihənin əsas məqsədidir. Sadalasaq, görüləcək işlər çoxdur, qarşıda bizi gərgin iş, yeni layihələr, yeni uğurlar gözləyir.
-Gənclərlə sıx işləyən biri kimi Azərbaycan gəncliyinin hazırkı durumu sizi qane edirmi?
-Hazırkı Azərbaycan gəncliyi, həqiqətən də, çox inkişaf edib. Gəncliyin inkişafı, gənclərin yeniliklər axtarışında olması, öz üzərində daim işləmələri, texnologiya, elm, ictimai işlərlə aktiv şəkildə maraqlanmaları ürəkaçan mənzərədir. Zənnimcə, indiki gənclər gələcəkdə bilik və bacarıqları sayəsində böyük nailiyyətlər qazana biləcəklər. Çünki bunun üçün həm dövlət dəstəyi var, həm də ölkədə münbit şərait də yaradılıb. Gənclərdə dövlətçilik, azərbaycançılıq ideyasının təbliği geniş vüsət alıb. Bu da qürur duyulası məqamdır. Azərbaycan gənci aprel savaşında nə dərəcədə vətənpərvər olduğunu, beynəlxalq yarışlarda könüllü kimi necə fədakar və bacarıqlı olduğunu, idman yarışlarında medal sayını ilbəil artırmaqla isə necə bir sağlam gəncliyin formalaşdığını sübut etdi. Təşkilat olaraq daim çalışırıq ki, sağlam gəncliyin yetişməsində biz də dəstək olaq, bu işdə öz töhfəmizi verək. “İRƏLİ” İctimai Birliyi bunun üçün regionlarda da layihələr həyata keçirir. Bu layihələrdə əsas məqsəd gənclərin bir-biri ilə sıx əlaqədə olması, onlarda həmrəylik hissinin daha da genişlənməsidir. Çünki həmrəy olan, bir olmağı bacaran xalqı, dövləti heç bir mənfur qüvvə yıxa bilməz.
-Son illərdə gənclərimizin könüllülük fəaliyyətinə marağının artmasını necə dəyərləndirərdiniz?
-Bəli, bu istiqamətdə irəliləyişlər çoxdur. Biz daima bunun şahidi oluruq ki, gənclərin könüllülüyə marağı çoxalmaqla yanaşı, könüllülük fəaliyyəti onların cəmiyyətə açılmasına, ilkin iş təcrübəsində və s. kimi vacib amillərdə yardımçısı olur. Böyük tədbirlərə ev sahibliyi etdiyimiz zaman gənclərin dəstəyini gördük. Məhz elə könüllülük də o zaman daha geniş vüsət aldı. Davamlı olaraq gənclərimiz bu istiqamətdə fəaliyyətə başladılar. Bu gün gənclər könüllü olaraq fəaliyyət göstərməyə, daha çox təcrübə qazanmağa maraq göstərirlər. Biz tez-tez belə gənclərlə qarşılaşırıq. “İRƏLİ” İctimai Birliyinə də könüllü olaraq fəaliyyət göstərmək üçün gənclər müraciət edirlər. MirHəsən Seyidov bu gəncləri hər zaman diqqətdə saxlayır, hər zaman da yaradıcı gənclər ictimai fəaliyyətdə aktiv olmaq istəyənlər üçün qapı açıqdır.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.05.2018
Günay Reyhan: “Şeir mənim ruhumun səsidir və ruhu dindirən də Tanrıdır”
14.05.2018
Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
12.05.2018
“Ermənistandakı son hadisələr Dağlıq Qarabağ münaqişəsinə ciddi təsir göstərməyəcək”
10.05.2018
“Düşmənlərimizi susdurmaq üçün milli birliyimizi daim gücləndirməliyik”
10.05.2018
Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9301

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
4 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”
5 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info