“The Brussels Times” Xocalı soyqırımından yazır
Tarix: 02.03.2018 | Saat: 06:09:00 | E-mail | Çapa göndər


Belçikanın ingilisdilli “The Brussels Times” jurnalının rəsmi internet səhifəsində Xocalı soyqırımına həsr olunmuş “Azerbaijan commemorates the victims of Khojaly massacre” (“Azərbaycan Xocalı soyqırımı qurbanlarının xatirəsini anır”, http://www.brusselstimes.com/eu-affairs/10476/azerbaijan-commemorates-the-victims-of-the-khojaly-massacre ) başlıqlı məqalə dərc edilib.
Məqalədə Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının mülki əhalisinə qarşı cinayət törətdiyi, qətliam nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca da daxil olmaqla, 613 nəfərin həlak olduğu bildirilir. Qeyd olunur ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il Azərbaycanda və dünyanın digər ölkələrində yad edilir. Bu faciə Azərbaycan tarixinə ən dəhşətli səhifələrdən biri kimi daxil olub. Dəhşətli hadisədən 26 il ötməsinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır. Bir milyon qaçqın və məcburi köçkünün hüquqları hələ də bərpa edilməyib. Eyni zamanda, yazıda BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə və bu sənədlərin Ermənistan tərəfindən yerinə yetirilməməsinə də toxunulur.
Həmçinin beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması və dünya ölkələrinin bu faciəyə siyasi və hüquqi qiymət verməsinə nail olmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə məlumat verilir.




 
Bölməyə aid digər xəbərlər
10.01.2019
Xocalı tarixi və mədəniyyəti
16.08.2018
Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün önəmlidir
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
05.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info