Bayramı təhlükəsiz necə keçirək?
Tarix: 02.03.2018 | Saat: 12:45:00 | E-mail | Çapa göndər


Novruz bayramının adətlərindən biri də tonqal qalamaqdır. Lakin təəssüf ki, bəzən bayram tonqalları təhlükəsiz ötüşmür. Bəs tonqal qalayarkən təhlükəsizlik tədbirlərinə necə riayət olunmalıdır. Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, ilk növbədə azyaşlıları yanan tonqal ətrafında nəzarətsiz qoymaq olmaz: "Tonqalın üstündən tullanarkən uşaqlara xüsusi nəzarət etmək və bir- birini gözləmək lazımdır. Əks halda istər böyüklər, istərsə də azyaşlılar bədbəxt hadisələrlə üzləşə bilərlər. Tonqalın ətrafında, insanların çox olduğu yerdə uşaqların da olmasını nəzərə alaraq partlayıcılardan, fişənglərdən, pirotexniki vasitələrdən istifadə etmək olmaz".
E.Nurəliyev deyir ki, təhlükəsizlik tədbirləri bununla bitmir: "Bu prosesdə tonqalı yandıracaq yeri düzgün seçmək lazımdır. Elə bir ərazi olmalıdır ki, həmin ərazi tezalışan materiallar, maşın, elektrik şitləri və evlərə çox yaxın yerləşməsin. Daha sonra tonqalın hündürlüyünə diqqət etmək lazımdır. Tonqalın hündürlüyü 1.5 metrdən hündür olmamalı, asfalt və ya beton örtüyünün üstünə dəmir qoruyucu qoyulmaqla yandırılmalıdır. Bu, həm zəif küləkli havada belə közün ətrafa yayılmasının, həm də asfalt örtüyünün korlanmasının qarşısını alar".
Təhlükəsizlik üzrə ekspert yandırılacaq oduna da diqqət etməyin vacibliyini xüsusi qeyd edir: "Üzərində boya, əhəng olan, parlaq laklı taxta parçaları, plastmas və kauçukdan olan bəzək əşyaları, rezin, sellofan, maşın şini yandırarkən ondan ayrılan tüstü toksiki xarakter daşıyır və zəhərlənməyə səbəb ola bilir".
Ekspert bildirir ki, tonqalı tam söndürmədən nəzarətsiz qoymaq da təhlükəlidir: "Odun tam söndüyünə əmin olmaq lazımdır. Əks halda külək odu ətrafa yayar və yanğın təhlükəsi yaradar".
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi də hər il Novruz bayramı ilə əlaqədar əhaliyə xəbərdarlıq edir və təhlükəsizliyə əməl etməyə çağırır. Xəbərdarlıqda bayram tonqalının ətrafına yığışan azyaşlıların mütləq böyüklərin nəzarətində olmaları tovsiyə olunur, tonqalı elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırmağın, tonqalı tam sönənədək nəzarətdə saxlamağın vacibliyi vurğulanır.
Məlumatda qeyd olunur ki, tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, insanın xəsarət almasına səbəb ola bilər. Həmçinin evlərdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Erkən nikahlarla bağlı regionlarda tədbirlər keçirilir
20.06.2018
Özəlləşdirilən dövlət əmlakları biznes layihələrinin reallaşmasını mümkün edir
20.06.2018
Havanın temperaturu 36 dərəcəyə yüksələcək
20.06.2018
Ombudsmanın təqdimatı əsasında indiyədək 638 nəfər əfv edilib
20.06.2018
Ombudsman: “Bələdiyyələrdə qadınların sayı 35 faizə çatıb“

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9429

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info