Blogger və v-blogger olmaq istəyən gənclərə təlimlər keçirilib
Tarix: 02.03.2018 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsi çərçivəsində “Blogger-V-blogger;Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihəsi çərçivəsində həyata keçirilən təlimlər sona çatdı. Layihənin əsas məqsədi sosial şəbəkələrdə maddi - mənəvi dəyərlərimizi, tariximizi, ədəbiyyatımızı təşviq edən bloger və v-blogerlərin hazırlanmasına nail olmaq idi.
Layihə çərçivəsində 10 nəfər blogger və v-blogger olmaq istəyən gənc bu sahədə peşəkar olan təlimçilərlərlə görüşüblər. İştirakçılar təlimlərdə gələcəkdə blogger və ya v-blogger kimi peşəkar fealiyyəti davam etdirmək üçün təlimlər keçiblər. Onlar bu təlimlər vasitəsilə həm blog açmağı, mövzunu doğru seçməyi, gündəmdə olan məsələləri, yeni media vasitələrindən istifadə qaydalarını, bloqun piar olunması qaydalarını və.s mövzuları mənimsəməyə çalışıblar. Keçirilən təlimlərin nəticəsi olaraq iştirakçılar öz şəxsi bloglarını yaradıblar.
Layihə çərçivəsində AGAT, gənclərin həm tarixi abidələr barədə əyani surətdə məlumat əldə etmələri, həm də vaxtlarını faydalı keçirmələri üçün Azərbaycanın tarixi, maddi-mənəvi abidləri, özünə məxsus adət-ənənələri olan Şəki şəhərinə səfər təşkil edib. Şəkidə gənclər Şəki Xan sarayını, Karvansaray, Diyarşünaslıq muzeyini, Şəkinin məhşur Kiş kəndində yerləşən Alban kilsəsini ziyarət ediblər. Orada bu abidlər haqqında müxtəlif maraqlı faktları öyrənən gənc iştirakçılar həm də bu yerlərdə maraqlı foto və video çəkilişlər həyata keçiriblər. Təlimin sonuncu günündə iştirakçılar Şəki şəhərində keçirdikləri bir gündə öyrəndikləri maraqlı faktlardan ibarət blog hazırlayıb tədqim ediblər.
Sonda AGAT sədri Lalə Mehdiyeva qeyd edib ki, “Bloger-Vbloger; Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bilib-bilmədikləriniz” adlı layihənin davamlılığı olaraq iştirakçılar blogerlik fəaliyyətini aidiyyatı istiqamətdə davam edəcəklər, hazırlanan blog materialları isə həm də ingilis dilinə tərcümə olunması planlaşdırılır.
Əlavə olaraq layihə çərçivəsində hazırlanan ən yaxşı blogları təqdim edirik.

https://absalamova.blogspot.com/

https://gunelilqar.blogspot.com/?m=1

http://aqurbanli.blogspot.com/

https://gulsuremirze.blogspot.com/



Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info