ADU-da dilimizin ifadə imkanlarından danışılıb
Tarix: 02.03.2018 | Saat: 12:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetində (ADU) “Mətbuatımız və ana dilimiz” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov dilimizin ifadə imkanları, təhsilin dil mühitində inkişaf etdirilməsi və şifahi nitqdə olan problemlərdən bəhs edib. Dünyanın ən qəliz mətləblərini Azərbaycan dili vasitəsilə ifadə etməyin mümkünlüyünü vurğulayan M.İmanov mətbuat orqanları, radio və telekanalların yol verdiyi nöqsanlardan danışıb: “Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” imzaladığı Sərəncamda dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğu göstərilib. Bu mühüm amili nəzərdən qaçıran bəzi mətbuat orqanları, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması, təəssüf ki, adi hal alıb. Nəzərə alaq ki, bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir və bu dili qoruyub saxlamaq bizim borcumuzdur”.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq İnstitunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Xalid Niyazov yazılı mətbuatda səhvlərin çoxluğunu, sosial şəbəkələrdə olan dil qüsurlarını iştirakçıların diqqətinə çatdırıb. O, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq olunması sayəsində gələcəkdə orfoqrafiya lüğətinin təkmilləşdirilib nəşr edilməsi, orfoepiya lüğətinin hazırlanması, orta və ali məktəb dərsliklərinin dil baxımından ciddi şəkildə səliqəyə salınması, bu istiqamətdə digər əhəmiyyətli addımların atılmasının nitq və dil qüsurlarının aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edəcəyini deyib.
Tədbirdə universitetin filologiya və jurnalistika fakültəsinin tələbələrinin “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva və “Kaspi” qəzetinin “Ədəbiyyat” əlavəsinin baş redaktoru Fərid Hüseyn ilə hazırladıqları müsahibə nümayiş olunub.
Dilçilik İnstitutunun ictimai əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü, ADU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev və azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi Elçin İbrahimov mövzu ilə bağlı fikirlərini bölüşüblər.
İnteraktiv şəkildə keçən tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.06.2018
Naxçıvan İslami və bəşəri dəyərlərin qorunduğu müqəddəs məkan kimi tarixə düşəcək
15.06.2018
“Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var“
14.06.2018
Avtovağzallara pasportlar təqdim edilib
14.06.2018
Gələn il Xaçmazda toxum emalı fabriki istifadəyə veriləcək
13.06.2018
“Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9435

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Putin Paşinyanı alçaldıb
5 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info