“Azərbaycan ədəbiyyatı antologiyası” qazax dilində çapa hazırlanır
Tarix: 02.03.2018 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Beynəlxalq Türk Akademiyası (TWESCO) “Azərbaycan ədəbiyyatı antologiyasının” qazax dilində nəşrini həyata keçirir. Bu barədə Qazaxıstanın Astana şəhərində jurnalistlərə verdiyi brifinqdə TWESCO prezidenti Darxan Kıdırali məlumat verib.
“Azərbaycan ədəbiyyatı antologiyası” layihəsində 20-dək azərbaycanlı şair və yazıçının qazaxcaya tərcümə olunmuş əsərləri yer alır. Akademiya rəhbərinin sözlərinə görə, TWESCO-nun həyata keçirdiyi Türk dünyası ədəbiyyatı antologiyası seriyasından ilk olaraq, “Azərbaycan ədəbiyyatı antologiyası”nı çap ediləcək.
Kitabda Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Vaqif, Mirzə Fətəli Axundov, Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Mir Cəlal Paşayev, Məmməd Araz və digər ədiblərin seçilmiş əsərləri yer alır.
Eyni zamanda, bu il böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90, tanınmış qazax şairin Mağjan Jumabayın 125, cədidçilik cərəyanının banilərindən biri Şəhabəttin Mərcaninin 200 illik yubileylərini, nüfuzlu rusiyalı türkoloq Vilhelm Radlofun ölümünün 100-cü ildönümünü nəzərə alaraq, 2018-ci il Akademiya tərəfindən “Mağcan, Mərcani və Radlof ili” olaraq qeyd olunacaq, onlarla bağlı silsilə tədbirlər həyata keçiriləcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək
10.12.2018
Azərbaycan ifaçısı Riqa musiqi festivalının Qran-pri mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info