“AzerTelecom” 6-ci Karyera sərgisində iştirak edib
Tarix: 02.03.2018 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” ADA Universiteti tərəfindən təşkil olunmuş 6-cı Karyera sərgisində iştirak edib. ADA Universitetinin 2000-ə yaxın tələbəsi və məzununun iştirak etdiyi sərgidə “AzerTelecom” bir sıra vakant iş yerlərini təqdim edib. Sərgi zamanı tələbələr və məzunlar ölkənin telekommunikasiya sektorunda qabaqcıl və inkişaf edən şirkətlərdən olan “AzerTelecom”-da vakant iş yerləri və təcrübə keçmək imkanları barədə məlumat əldə ediblər, onları maraqlandıran suallara müvafiq cavablar alıblar. 6-cı Karyera sərgisi “AzerTelecom” şirkəti və gənc tələbə və məzunlar arasında birbaşa ünsiyyətin qurulması, gənclərin gələcək karyera imkanları haqda fikir mübadiləsinin aparılması və gənc istedadların kəşf edilməsi istiqamətində imkanlar yaradıb. 2008-ci ildən ölkənin telekommunikasiya sferasında uğurla fəaliyyət göstərən və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti olan “AzerTelecom” insan resurslarının inkişafına hər zaman böyük önəm verərək gənc kadrların işə cəlb edilməsi və peşəkar inkişafı istiqamətində müxtəlif işlər aparır. Şirkətin insan resursları sahəsində fəaliyyətinin əsasında insan amilinin ön plana çəkilməsi, gənclər üçün karyera imkanlarının genişləndirilməsi, onların davamlı inkişafı üçün müvafiq şəraitin yaradılması kimi prinsiplər dayanır. Şirkət həmçinin karyera sərgilərində fəal iştirak edir və mövcud vakansiyalar barədə tələbə və məzunları məlumatlandırır.
“AzerTelecom” barədə:
“AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı “Bakcell” şirkətidir. “AzerTelecom” şirkəti internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoİP, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir. Daha ətraflı məlumatı şirkətin www.azertelecom.az internet saytından və Facebook (www.facebook.com/azertelecom.az) və LinkedIn (www.linkedin.com/company/azertelecom.az) sosial şəbəkələrindəki səhifələrindən əldə etmək olar.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info