Almaniyanın “WRT” kanalında Azərbaycanla bağlı çağırış
Tarix: 02.03.2018 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


İsveçin tanınmış gənc fəallarından, “Antisemitizmə və ksenofobiyaya qarşı mübarizə” Gənclər Dərnəyinin rəhbəri Siyavuş Derəxti Almaniyanın “WRT” kanalına geniş müsahibə verib. Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib. Siyavuş Derəxti alman televiziyasına bu günlərdə Amsterdamda keçirilən Avropa Azərbaycanlıları Konqresinin qurultayı və qurultayla bağlı öz təəssüratlarını bölüşüb. O,daha sonra Azərbaycanın multikulturalizm və tolernt ölkə olduğunu bildirib. Eyni zamanda, Azərbaycanın turizm sahəsi, onun əlverişli təbiəti haqqında da geniş məlumat verib. Məşhur Formula 1, Euro2020, Expo2025, Çempionlar Liqasının 2019-ci ildə final oyunları ilə bağlı alman izləyicilərini ətraflı məlumatlandırıb. S.Derəxti Azərbaycanın coğrafi reylefinə diqqət çəkərək, bir tərəfdən dəniz,digər tərəfdən dağlarının olduğunu,belə bir gözəl təbiətə malik ölkəni Avropa və Amerikanı mütləq kəşf etməli olduğunu xüsusi qeyd edib. Sonda dünyada qolf həvəskarlarının Azərbaycanı tanıdıqdan sonra Dubaya yox,Azərbaycana səfər edəcəklərini inandığını bildirib. Siyavuş Derəxti Azərbaycan diasporunun fəal simalarından, Dünya Azərbaycanlıları Konqresinin keçmiş sədri Cavad Derəxtinin oğludur.




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Fərhad Abdullayev: “Azərbaycanda hüquqi dövlətin inkişafı müstəqil siyasətimizlə bağlıdır”
20.06.2018
Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
20.06.2018
Mübariz İbrahimov yad edildi
20.06.2018
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib
20.06.2018
“Xeyirxah” Hacı Nuranı təltif etdi

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9429

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info