Pentaqonda narahatlıq: radarlar Rusiyanın yeni silahını tuta biləcəkmi?
Tarix: 03.03.2018 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Hərbi ekspert Viktor Muraxovski:
“Putinin açıqladığı yeni manevr imkanlarına malik hipersəsli silahları ABŞ-ın kosmosdakı radarları, sadəcə, izləyə və “təcili hər kəs bunkerə girsin” siqnalı verə bilər”

ABŞ Müdafiə Nazirliyi Rusiya prezidenti Vladimir Putinin yeni silaha dair bəyanatına təəccüblənməyib və ölkəni müdafiə etməyə tam hazırdır. Bu barədə Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt bildirib.
“Biz Putinin bəyanatlarına təəccüblənməmişik. Amerikalılar əmin ola bilərlər ki, biz tam hazırıq… Biz, nə olacağından asılı olmayaraq, ölkəni müdafiə etməyə hazırıq”, - deyə Uayt vurğulayıb. Rusiya prezidenti Vladimir Putinin bəyanatlarını şərh edən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert isə bildirib ki, Rusiya beynəlxalq müqavilələri pozur: “Prezident Putin ABŞ hökumətinin çoxdan bildiyi, lakin Rusiyanın inkar etdiyi faktı təsdiqlədi. Rusiya üzərinə götürdüyü beynəlxalq öhdəlikləri birbaşa pozaraq, gərginlik yaradacaq silah sistemlərini 10 ildən çoxdur ki istehsal edir”. Amma Rusiyada belə düşünmürlər. Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, hərbi ekspert İqor Korotçenko “RİA Novosti”yə bidirib ki, Putinin yeni strateji silahlarla bağlı açıqlamasına Pentaqonun cavabı, sadəcə, ABŞ vətəndaşlarını sakitləşdirməyə hesablanıb: “Başa düşmək lazımdır ki, Pentaqon belə açıqlama verməklə psixoloji təsir effektini azaltmağa çalışır. Putin ABŞ-ı təhdid etmədi. Sadəcə, xəbərdarlıq etdi ki, qlobal raket əleyhinə müdafiə sistemi yaratmaq uğur qazandırmayacaq və istənilən halda nüvə silahları sahəsində paritetin pozulmasına imkan verilməyəcək”. Hərbi ekspert bildirib ki, hazırda Rusiyanın arsenalında olan strateji silahlarla ABŞ-dakı istənilən obyekti məhv etmək mümkündür. Amma son tədbirdə Putinin elan etdiyi silahların qarşısını almaq mümkün deyil. Xatırladaq ki, Putin Federal Məclisə ünvanladığı son müraciətində açıqladığı hərbi məlumatlar dünyada geniş rezonans doğurub. Putin bildirib ki, strateji nüvə qüvvəsinin tərkibinə 80 yeni qitələrarası ballistik raket, 120 ballistik raket daşıyan sualtı qayıq və 3 “Borey” stretji məqsədli raket sualtı kreyseri daxil edilib. Dünyada daha böyük rezonans doğuran fakt isə Putinin açıqladığı yeni silah olub. Rusiya dövlət başçısı bildirib ki, ballistik uçuş trayektoriyasından istifadə etməyən strateji silah hazırlanıb və həmin silahın qarşısında raket əleyhinə müdafiə sistemləri acizdir. Hərbi ekspert Viktor Muraxovski də “RİA Novosti”yə bildirib ki, ABŞ-ın orbital radar sistemləri Rusiyanın yeni raketlərini, sadəcə, müşahidə edə bilər: “Raket əleyhinə müdafiə sistemləri uçuş trayektoriyası bəlli və müəyyənləşə bilən ballistik raketləri tuta bilir. Amma yeni hipersəsli raketlərə qarşı həmin orbital müdafiə sistemləri, radarlar işləyə bilməz. Belə sürət və temperatur şəraitində bu, sadəcə, fizika qanunlarına görə mümkün deyil. Rusiya prezidenti Putinin açıqladığı yeni manevr imkanlarına malik hipersəsli silahları ABŞ-ın kosmosdakı radarları, sadəcə, izləyə və “təcili hər kəs bunkerə girsin” siqnalı verə bilər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info