Polad savaşı: Avropa İttifaqı ilə ABŞ yenə üz-üzə gəldi
Tarix: 02.03.2018 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Jan-Klod Yunker:
“Avropa İttifaqı öz maraqlarını qorumaq üçün qətiyyətli və mütənasib addımlar atacaq. Avropa Komissiyası tezliklə ABŞ-a qarşı tədbirlər barədə təkliflər təqdim edəcək”

ABŞ prezidenti Donald Tramp gələn həftə Amerika metallurgiya sənayesini qorumaq üçün xarici ölkələrdən gətirilən bütün polad və alüminium məhsulları üçün yeni vergi tətbiq edilməsi barədə sərəncam imzalayacağını bildirib.
Bu barədə o, Ağ Evdə «Arcelor Mittal USA», «Century Aluminium» və «Nucor Corp» şirkətlərinin nümayəndələri ilə görüşdə bildirib. Qeyd edək ki, Trampın təklif etdiyi verginin miqdarı polad üçün 25, alüminium üçünsə 10 faiz ola bilər. Onu da xatırladaq ki, bu vergi ödənişi bütün ölkələr üçün nəzərdə tutulur. Bu, Ticarət Nazirliyinin ölkə prezidentinə təklif etdiyi məhdudiyyətlərin ən çətin versiyasıdır. Maraqlıdır ki, belə bir addımın Amerikanı bu metallara olan ehtiyacının ödənməsində problem yaradacağını iddia edənlər də var. Bu qərar isə Avropa İttifaqında narazılıq yaradıb. Rəsmi Brüssel Trampın xarici ölkələrdən polad məmulatları və alüminium idxalına tariflər tətbiq etmək niyyətini təəssüflə qarşılayıb. ABŞ rəhbərinin bu addımına münasibət bildirən Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin sözlərinə görə, belə himayədarlıq polad sektorunun ümumi problemlərinə cavab ola bilməz: “Belə bir addımın atılması vəziyyəti daha da ağırlaşdıra bilər. Ona görə də bu təklifin çözümü üçün qərar verilməlidir”. Komissiya sədrinin sözlərinə görə, Avropa İttifaqı öz maraqlarını qorumaq üçün qətiyyətli və mütənasib addımlar atacaq. Avropa Komissiyası tezliklə ABŞ-a qarşı tədbirlər barədə təkliflər təqdim edəcək. Yeri gəlmişkən, qeyd edək ki, "Pravda.Ru" saytı yazır ki, “US Steel” və «Nucor və ArcelorMittal ABŞ» şirkətləri ABŞ-ın Ticarət Komitəsinə göndərdikləri məktubda Rusiya şirkətlərini qiymətləri aşağı salmaqda günahlandırmışdı. Rusiyanın Sənaye və Ticarət Nazirliyi hesab edir ki, ABŞ-ın bu qərarı ilk olaraq, «NLMK», «TMK» və «Evraz» kimi boru istehsalçılarına zərbə vuracağını bildirib. ABŞ prezidentinin qərarı ilə bağlı önəm kəsb edən məsələ rəsmi Pekinin atacağı addımla bağlıdır. Belə ki, Çin ABŞ-a ixrac etdiyi soyaya məhdudiyyət qoya bilər ki, bu da ABŞ-ın kənd təsərrüfatı ilə bağlı ölkələrə göstərdiyi dəstəyə mənfi təsir edə bilər. Bununla yanaşı, ABŞ-a qonşu olan Meksika da qarşılıqlı tariflərin tətbiq edilməsini nəzərdən keçirir ki, bu da ABŞ-ın kənd təsərrüfatı məhsullarının bu ölkəyə ixracının azalması ilə nəticələnə bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
Yerevanda aksiya, Koçaryana “Qatil“ şüarı səsləndirilib
14.08.2018
ABŞ Londonu da hədələdi
14.08.2018
Gürcüstanda keçiriləcək prezident seçkilərinə 42 milyon lari xərclənəcək
12.08.2018
ABŞ-ın Türkiyəyə inanılmaz 8 şərti
12.08.2018
Keçmiş komediya aktyoru Sloveniyada baş nazir postunu tuta bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9856

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info